“Neftçi” bizi uda bilər? Hər şey mümkündür” – SƏMİMİ AÇIQLAMALAR

7 Aprel 22:20 Müsahibə 214
“Neftçi” bizi uda bilər? Hər şey mümkündür” – SƏMİMİ AÇIQLAMALAR

“Sabah” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”ni məğlub etməyi bacardı.

Rəqib meydanında baş tutan qarşılaşmada “tələbələr” 2:1 hesablı qələbəyə sevindi.

“Sabah”ın futbolçularının yüksək əhval-ruhiyyədə olmasını başa düşmək olardı.

Sportinfo.az-a müsahibə verən ispaniyalı müdafiəçi Con İrasabal matçla bağlı ortaya çıxan sualları cavablandırmaqdan imtina etmədi.

Bu cür qələbənin ləzzəti başqadır yəqin.

Bu stadionda “Neftçi”yə qarşı oynamaq həqiqətən çətindir. Belə matçda əsas olan ilk dəqiqələrdən nəzarəti əlinə götürmək, rəqibi qapına yaxın buraxmamaqdır. Bilirdik ki, topla oynamağı sevən komandadır. Əsasən bunun qarşısını almağa çalışırdıq. İki qol vurduq, lakin daha çoxu vura bilərdik. Gərgin keçən oyunda inamlı qələbə qazanmaq həqiqətən xoşdur.

“Sabah”ı finalda təsəvvür edənlərə nə demək istəyirsən?

Bəli, məqsədimiz budur. Ancaq indidən bu barədə danışmaq tezdir. Arada cəmi bir topluq üstünlük var. Bu isə ciddi üstünlük sayıla bilməz. Ona görə də aprelin 23-nü gözləməliyik. Finalda hansı komandanın oynayacağı üç həftədən sonra bilinəcək.

“Neftçi” cavab görüşündə “Sabah”ı uda bilər?

Hər şey mümkündür. Biz indidən həmin oyuna hazırıq. Məqsədimiz növbəti qələbəni qazanaraq finala yüksəlməkdir. Fikrimcə, şanslarımız yüksəkdir. Ancaq heç bir halda arxayınlaşmaq olmaz.

Finala yüksəlmək şanslarınız yüksək olduğunu etiraf etdin. Rəqib qismində hansı komandanı arzulayırsınız – “Qarabağ”ı, yoxsa “Araz-Naxçıvan”ı?

“Qarabağ”ın heyətini və gücünü bilirik. Bu komanda həqiqətən çox güclüdür. “Araz”ın turnir cədvəlindəki mövqeyi və sərgilədiyi futbol nəyə qadir olduğunu göstərir. Hər bir rəqibi məğlub edəcək gücü var. Lakin indiki məqamda rəqib barədə düşünmək və danışmaq yersizdir. Cavab matçlarından sonra bu barədə ətraflı danışarıq (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"