“Bəzi insanlar başa düşməlidir ki, mən “Neftçi”də oynayıram” – O da dilə gəldi!

12 Mart 23:00 Müsahibə 468
“Bəzi insanlar başa düşməlidir ki, mən “Neftçi”də oynayıram” – O da dilə gəldi!

“Neftçi” Premyer Liqanın 27-ci turunda “Turan Tovuz”la görüşdə hava-su kimi vacib qələbəni son anda əldən verdi.

Hakimin final fitinə saniyələr qalmış buraxılan qol yekun nəticəni müəyyənləşdirdi - 1:1.

Sportinfo.az-a danışan Rəhman Hacıyev maraqlı açıqlamalarla yadda qalıb.

- Son iki oyunda 5 xal itirdiniz. Nə baş verir?

- Bu, indiki vəziyyətdə çox pisdir. Rəqiblərin xal itirdiyi matçlarda bizim üçün yaxşı imkan yaranmışdı. Son saniyələrdə qapımızda qol gördük. Buna şans da deyə bilərəm. Cərimə zərbəsi, topun ora qədər gedib çıxması, müdafiəçinin dəqiq zərbəsi...

- Nəzərə alaq ki, rəqib 75 dəqiqə azlıqda qalmışdı.

- Əlbəttə, rəqib 10 nəfər qalanda daha çox imkan yaratmalıydıq və azı 2 top vurmalıydıq ki, sonluq belə olmasın. Təəssüf ki, yenə bu vəziyyətlə üzləşdik.

- “Neftçi”nin sərgilədiyi oyun komandanın adına yaraşır? Nə vaxt düzələcək?

- Nə vaxt düzələcəyini deyə bilmərəm. Sadəcə, bəzi insanlar harada olduqlarını bilməlidir. “Neftçi” böyük klubdur, böyük mənadır, buradasansa, xarakter göstərməlisən. Düzdür, komandada nizam-intizam var, artıq hərəkətlər yoxdur. Sadəcə, bəzi insanlar başa düşməlidir ki, mən “Neftçi”də oynayıram. Daha çox çalışmaq, daha çox əziyyət çəkmək lazımdır.

- Hesabda önə keçəndən sonra matçın heç-heçə başa çatacağından ehtiyat edirdin?

- Əksinə, özümüzdən ikinci qolu gözləyirdim. Düşünürdüm ki, rəqib hücuma atılacaq və biz onları azlıqda tutub daha bir qol vuracağıq. Hətta gizlətmirəm, özüm də qol vurmaq istəyirdim. 1:0-la qane olsaydıq, vaxt “öldürərdik”, yıxılıb yerdə qalardıq. Ancaq hamı gördü ki, tələsirik, növbəti qolu axtarırıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti