“Mən daha yaxşı ola bilərəm”

10 Mart 23:00 Müsahibə 145
“Mən daha yaxşı ola bilərəm”

"Şamaxı"nın yarımmüdafiəçisi Rauf Rüstəmli Premyer Liqanın 26-cı turunda "Sabah"ı məğlub etdikləri matçdan (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

Orta sahə oyunçusu ilk olaraq qarşılaşma barədə danışıb:

- Çətin görüş olacağını bilirdik. Həftə ərzində ciddi hazırlaşmışdıq. Allaha şükür olsun ki, qələbə qazandıq. Belə davam etməyə çalışacağıq.

- Bu mövsüm üçüncü görüşdə də "Sabah"a məğlub olmadınız. Uğurlu seriyanın arxasında nə gizlənir?

- Sirri odur ki, yaxşı hazırlıq keçirik. Məşqçilər korpusu yaxşı analiz edir. Rəqib zəif cəhətlərini bilirik.

- Qış fasiləsindən sonra ardıcıl 3 görüşdə məğlub oldunuz. Son 5 matçda isə 10 xal yığmaq mümkün olub. Qısa müddətdə necə toparlana bildiniz?

- Belə eniş hər bir komandada ola biləcək şeylərdi. Eynisi bizdə də oldu. Ardınca toparlanmağı bacardıq. Möhkəm komanda olduğumuzu göstərdik. Qələbələrin davamı gələr, inşallah

- Növbəti rəqib daha bir iddialı komanda "Araz-Naxçıvan"dı. Uğurlu çıxışın davamını gətirmək çətin olmayacaq?

- Stabil olmağa çalışırıq. Hər oyuna qələbə üçün çıxırıq. Həmin görüş də bu baxımdan fərqlənməyəcək.

- Tədircən əsas heyət üzvünə çevrilməkdəsən. Çıxışından məmnunsan?

- Daha yaxşı ola bilərəm. Buna inanıram. Hər məşqdə əlimdən gələni edirəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti