“Onu haqq etmirdilər, biz hədiyyə etdik” - Öz oyunundan narazı legioner

20 Fevral 21:00 Müsahibə 360
“Onu haqq etmirdilər, biz hədiyyə etdik” - Öz oyunundan narazı legioner

“Şamaxı”nın qış fasiləsində heyətinə qatdığı Vladislav Veremeyev Sportinfo.az-a müsahibə verib.

26 yaşlı ukraynalı müdafiəçi “Kəpəz”lə heç-heçə başa çatan (1:1) oyundan sonra matçla və özü ilə bağlı sualları cavablandırıb.

- Səfərdən xalla qayıtsanız da, futbolçuların çoxu üzgün görünür. 1:1 qanr etmədi sizi?

- Bura qələbə dalınca gəlmişdik və deyim ki, hədəfə çox yaxın idik. Əvvəldən sonra qədər 3 xal üçün mübarizə apardıq, yaxşı qol imkanlarımız da oldu. Eybi yox, bu gün 1 xalla kifayətlənib, növbəti oyunlara hazırlaşmalıyıq.

- “Şamaxı” penaltidən fərqlənəndən az sonra vurduğunuz avtoqol nəticəsində hesab bərabərləşdi. Nə baş verdi?

- Bu qədər zəhmətin qarşılığında o cür qol buraxmaq təbii ki, üzücüdür. Rəqib o qolu haqq etmirdi, biz hədiyyə etdik. Adi vəziyyətdə top futbolçularımızdan kiməsə dəyib (Rüfət Abbasov – H.) qapıdan keçdi. O qol olmasaydı, matçın axarı başqa cür ola bilərdi.

- Sanki avtoqol komandanı “sındırdı”.

- Xeyr-xeyr, belə deməzdim. Əksinə, bizi daha da məsuliyyətli olmağa çağırdı. Üzülmədik, sona qədər mübarizə apardıq, gördüyünüz kimi, sona yaxın əla qol imkanlarımız oldu. Çünki bura 3 xal dalınca gəlmişdik, başqa nəticəni düşünmürdük.

- Öz çıxışını necə dəyərləndirirsən?

- Bu barədə baş məşqçimiz danışa bilər. Çünki kənardan baxan, qiymət verən odur. Tapşırıqlarını nə dərəcədə doğru-düzgün yerinə yetirdiyimə dair fikir baş məşqçiyə məxsusdur.

- Sən öz oyunundan razısan?

- 100 faiz razı qaldığımı deməzdim. Çünki hələ ki, tam istədiyim kimi deyiləm və daha artığını bacaracağıma əminəm. Zaman keçdikcə, möhitə öyrəşdikcə, növbəti matçlarda daha yaxşı çıxış edəcəyimə inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti