Yeni komandasında ən çox tənqid olunan adam: “Narahatam”

19 Fevral 21:20 Müsahibə 685
Yeni komandasında ən çox tənqid olunan adam: “Narahatam”

“Kəpəz”in qış fasiləsində heyətinə qatdığı Trent Buhagiar “Şamaxı” ilə qarşılaşmada da yaxşı mənada heç nə ilə yadda qalmadı.

İtaliyanın B Seriyasından cəlb olunan cinah yarımmüdafiəçinin oyunu təəccüb doğurur.

Qol imkanlarını boşa verir, adi top qəbulunda səhvlərlə diqqət çəkir, ümumi ansambldan aşkar geri qalır və bu, məntiqə uyğun olaraq azarkeşlərin haqlı narazılığına səbəb olur.

Ötən ildən Malta millisinə cəlb olunan Buhagiar Sportinfo.az-a verdiyi müsahibədə bəzi məqamlara aydınlıq gətirib.

- Bərabərə qaldığınız oyunla bağlı fikirlərini eşitmək maraqlıdır.

- Bu komanda (“Şamaxı”) çempionatda əsas rəqiblərimizdən biridir. Yaxşı təşkilatlanmış kollektivdir, yaxşı müdafiə olunmağı bacarırlar. Çətin olacağını gözləyirdik və belə də oldu. Məqsədimiz 3 xal qazanmaq idi, ancaq 1 xala da bərbad deyə bilmərik. Mübarizə davam etdiyi müddətdə bacardığımızın ən yaxşısını edəcəyik.

- Bir aya yaxındır Azərbaycandasan. Ölkə və Premyer Liqa haqda təəssüratlarn necədir?

- Çox güclü çempionatdır. Komandalar səviyyəcə bir-birinə çox yaxındırlar. Bu cür mübarizədən zövq almamaq mümkün deyil. Yeni gəlmişəm deyə, hələ tam uyğunlaşmamışam. Hazırkı durum mənim üçün keçid dövrüdür. Bu dönəmi ən qısa zamanda başa vurub, “Kəpəz”ə kömək etməyə çalışacağam.

- Bunun üçün nə qədər vaxta ehtiyac duyursan?

- Dəqiq tarix demək çətindir. Onu deyə bilərəm ki, hazırlıqlarda tam gücümlə məşq edirəm, oyunlarda baş məşqçinin dediklərini yerinə yetirməyə çalışıram. Bundan ən çox özüm narahatam. Çünki daha yaxşı işlər görəcəyimi bilirəm və bunu göstərmək üçün səbrsizlənirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”