![Azərbaycandakı bombardir Ronaldonun adını eşidincə: “Demək ki, məni seçərsiniz”](https://www.sportinfo.az/media/2025/02/12/67a39d3e3b2e924.jpg)
Premyer Liqada top qovan qardaşlar – Coy-Lens və Leroy Mikelslər öz komandaları üçün vacib fiqurlar hesab olunurlar.
Coy-Lens çempionatın ən sərrast futbolçularından biridirsə, Leroy “Şamaxı”da kapitan sarğısını daşıyır.
Xatırlayırsınızsa, bir müddət əvvəl saytımıza açıqlama verən bölgə təmsilçisinin üzvü böyük qardaşından üstün tərəfi kimi texniki bacarığını, yəni topla rəftarını göstərmişdi.
Eyni sualı bu dəfə Cpy-Lensə ünvanlayanda, maraqlı dialoq və cavab alındı.
-Leroy üstün cəhətinin topla rəftar olduğunu demişdi. Bəs, o, səndən nədə geri qalır?
- O, driblinq etməyi, təkbətək mübarizələrdən qalib ayrılmağı sevir. Məndə isə bitiricilik daha yaxşıdır. Belə deyim, qol vurmaq üçün futbolçu istəyirsinizsə, o, mənəm. Yox, topla əla hərəkətlər edən, topu irəli daşıyan birinə ehtiyacınız varsa, o, Leroydur. Texniki bacarıqlar onda üstündür.
- Azarkeş olsaydın, Leroyu seçərdin, yoxsa Coyu?
- Sizə Kristiano Ronaldo ilə Lionel Messi arasında seçim etməyi desələr, nə edərsiniz?
- Ronaldonu seçərəm.
- Demək ki, məni seçərsiniz (gülür).
“Şamaxı”nın vingeri cari mövsümdə 18 oyunda 4 qol və 3 assistlə fərqlənib.
“Sabah”dakı Mikels isə 20 matçda 8 qol vurub, 2 məhsuldar ötürməyə imzasını yazdırıb.
HƏBİB / SPORTİNFO.AZ