"Ehtiram Quliyevin fikirləri AFFA üçün böyük mesajdır" - MÜSAHİBƏ

9 Fevral 21:15 Müsahibə 1 157
"Ehtiram Quliyevin fikirləri AFFA üçün böyük mesajdır" - MÜSAHİBƏ

Ötən həftə AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan futbolu ilə bağlı radikal qərarlar verildi.

Təbii ki, yeni addımlar arasında Premyer Liqada legioner limitinin ləğv edilməsi xüsusi qabardılmalı məsələdir.

Yeni mövsümdən elita klubları 11 əcnəbi ilə meydana çıxa biləcək.

"Qarabağ" Futbol Akademiyasının rəhbəri Aftandil Hacıyevlə söhbətimiz də konkret olaraq bu mövzu ətrafında oldu.

- Aftandil müəllim, legioner limitinin ləğv edilməsi qərarını necə qarşıladınız?

- Açığı, qərarı gözləyirdim. Çünki müzakirələr çox gedirdi. Pərdəarxası bütün söhbətlərdə ləğv ediləcəyi bildirilirdi. Bu gün dəqiq fikir bildirmək çətindir. Amma 2008-ci ildə iki mövsüm belə təcrübə bizdə olub. İrəliyə doğru heç nə baş vermədi. Yenidən limit tətbiq olundu, yerli futbolçulara qayıtmalı olduq. Nəticələr də oldu. İlk olaraq "Qarabağ" avrokuboklarda ardıcıl olaraq pley-off mərhələsinə kimi yüksəlməyə başladı. Davamı qrup mərhələləri ilə gəldi.

- O dönəm effek verməyib. Bu gün bizə nə kimi xeyir gətirə bilər?

- Klublar daha da güclənə bilər. 3-4 klubun sifariş ərizəsinə 17-18 legioner qatacaq gücdə olduğu görünür. Bu da aşağı büdcəli komandalar üçün əlverişli olmayacaq. İmkanları hesabına həmin 3-4 klub çempionluq uğurunda mübarizə aparacaq. Amma legionerlərin hesabına mütləq uğur qazanılacaq deyə bir şey də yoxdur. Təcrübə də göstərir ki, klublarımız yerli futbolçular ilə daha çox uğur qazanıb.

- Bundan sonra klublarımızda daha səviyyəli əcnəbiləri görə bilərik?

- Yaxşı legionerləri cəlb etmək üçün klubların infrastrukturu yaxşılaşmalıdır. Yaxşı legioner ilk öncə çempionatın şəraiti ilə tanış olur. Bura meydança, azarkeş kimi amillər daxildir. Bu gün legionerlərin çoxu Bakıdan başqa şəhərlərdə oynamağa maraq göstərmir. Söhbət daha keyfiyyətli gəlmələrdən gedir.

- Futbolumuz hazırkı vəziyyətdə qərara hazır idi?

- Bəlkə də mərhələli şəkildə olsaydı daha yaxşı olardı. Bir anda belə addım verilməsi ağır oldu. Nəsə demək çətindir.

- Yerli futbolçuların bundan sonra oyun təcrübəsi qazanmaq şansları aşağı düşə bilər?

- "Qarabağ" Avropada istəsə 11 legionerlə çıxış edə bilər. Amma hər dəfə əsas heyətdə yerli futbolçu olur. Birmənalı demək olmaz ki, gələn əcnəbilər hamısı bizim futbolçulardan güclü olacaq. Yüksək səviyyəli legionerləri gətirmək asan olmayacaq. Orta səviyyəli gəlmələrlə rəqabətdə biz yenə bəzi yerliləri əsas heyətdə görə bilərik. Gənclər millimizin üzvlərinə ciddi mənfi təsirini görə bilərik. Əsas millinin üzvləri üçün rəqabət çətin olacaqsa, görün indi gənclər üçün vəziyyət necə olacaq.

- "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevin "Limit ləğv edilirsə, bəs akademiyalar nəyə lazımdır?" şəkilində açıqlaması vardı. Sizcə, bundan sonra akademiyalar nəyə lazımdır?

- Mənim özüm üçün də maraqlıdır. Qərardan sonra məşqçilər ilə çox müzakirə edirik ki, akademiyada 19 yaşa çatan və böyük ümidlə Premyer Liqada oynamağı gözləyən uşaqların aqibəti necə olacaq? Düzdü, istedadı olanlar yenə şans qazana bilər. Həmin uşaqların kütləvi formada itmə ehtimalı da var. Burada digər liqalarda olsa belə yüksək şərait yaradılmasa, digər ölkələrə getmələri böyük sualdı. Geniş müzakirəyə ehtiyac var. 15 yaşdan yuxarı millilərdə çıxış edən 33 futbolçumuz var. Elə-belə rəqəm deyil. İstedadları var ki, milliyə dəvət olunurlar. Bu uşaqların 19 yaşdan sonra karyeralarını harada davam etdirəcəkləri hamımızı düşündürür.Mənim özüm üçün də maraqlıdır. Qərardan sonra məşqçilər ilə çox müzakirə edirik ki, akademiyada 19 yaşa çatan və böyük ümidlə Premyer Liqada oynamağı gözləyən uşaqların aqibəti necə olacaq? Düzdü, istedadı olanlar yenə şans qazana bilər. Həmin uşaqların kütləvi formada itmə ehtimalı da var. Burada digər liqalarda olsa belə yüksək şərait yaradılmasa, digər ölkələrə getmələri böyük sualdı. Geniş müzakirəyə ehtiyac var. 15 yaşdan yuxarı millilərdə çıxış edən 33 futbolçumuz var. Elə-belə rəqəm deyil. İstedadları var ki, milliyə dəvət olunurlar. Bu uşaqların 19 yaşdan sonra karyeralarını harada davam etdirəcəkləri hamımızı düşündürür.

- Burada təcrübə qazanmağa, özünü göstərməyə yetəri qədər fürsəti olmayan gənclər legioner həyatı yaşamağa gedə bilər?

- Çox çətin olacaq. İlk növbədə ölkə çempionatında mütəmadi oynamalıdırlar ki, milliyə fayda verib, diqqət çəkə bilsinlər. Elə bu qərarla hər şey bitməməlidir. Davamlı yerli futbolçuların müzakirəsi aparılmalıdır. Çıxış yolları təklif olunmalıdır. Birinci Liqanın güclənməsinə çox ehtiyac var. Əks halda gənclər millisinin üzvlərinin karyerasına ciddi zərbə dəyə bilər. Əsas odur istedadlı uşaqlar itməsin. Onların oynamasına şərait yaradılsın. Bunun üçün digər liqaları peşəkarlaşdırmaq lazımdır. Birinci Liqaya üz tutan futbolçular çox olacaq. Oradakı klubların daha peşəkar olması lazımdır. Büdcələri, infrastrukturları buna cavab verib-verməyəcəyini zaman göstərəcək.

- Gənclər bağlı narahatlığınız daha çox sezilir. Bəs əsas milli üçün seçim imkanları azalmayacaq?

- Əlbəttə, çətin olacaq. Düzdü, komanda sayı artıb. Amma yenə Fernandu Santuşun seçim imkanları daha da məhdud olacaq. Düşünürəm ki, bütün klublar minimum 12 legioneri heyətinə qatacaq. Hətta bu gün limit olduğu halda belə say aşağı-yuxarı belədir. Tendensiya daha da çoxalacaq. Belədə yerli oyunçuların rəqabətdə uduzmaq ehtimalı yüksəkdir.

- Legioner limitinin ləğvi akademiyanın fəaliyyətinə təsir edə bilər?

- İşimizi planladığımız kimi gedirik. Qurban müəllim də limitindən asılı olmayaraq əsas komandada yerlilərə şans verir. Düşünürəm ki, bundan sonra da belə olacaq. Təbii ki, bir qədər gənc futbolçuların şans almaq prosesi zəifləyə bilər. Amma karyeralarını davam etdirmələri üçün çıxış yollarını axtaracağıq. Bütün hallarda gənclərin də üzərinə məsuliyyət düşür. Daha çox çalışıb rəqabətdə qalib gəlməlidirlər. Bu gün Avropada 17 yaşlı futbolçular ulduzlarla rəqabət apara bilirsə, bizimkilər də burada legionerlərlə rəqabət aparmağa öyrənməlidirlər.

- Razıyam, gənclər daha çox işləməli, rəqabətə hazır olmalıdır. Bəs akademiyalarda o səviyyədə yetişmək üçün şərait varmı? Böyüməsini istədiyimiz uşaqlara böyümək üçün lazım olan şəraiti verə bilirikmi?

- Ən yaralı yerə toxunduz. Bəlkə də limitin ləğv edilməsindən çox bu barədə müzakirələr getməlidir.Ən yaralı yerə toxunduz. Bəlkə də limitin ləğv edilməsindən çox bu barədə müzakirələr getməlidir. Meydançaları necə artırmaq barədə düşünməliyik. Buna çox ehtiyac var. Ölkədə keyfiyyətli stadionların sayı barmaq sayı qədər ancaq olar. Sizinlə razıyam. Ən vacib məqamdır. Bu həm keyfiyyətli legionerlərin ölkəmizə gəlişini də sürətləndirə bilər, həm də akademiyalardan daha keyfiyyətli futbolçuların çıxmasına şərait yarada bilər. Ən önəmlisi meydançadır. Ardıcıllıqla saymalı olsaq təşkilatçılıq, qidalanma, maarifləndirmə və.s. problemlər çoxdur. Elə ölkələr var ki, meydança var, amma paltardəyişmə otaqları istənilən səviyyədə deyil. Oradan milyonluq oyunçular çıxır. Ən azından keyfiyyətli meydançaları çoxdur. Bizdə də ilk öncə bunu qurmaq lazımdır.

- Limitin olmasına görə yerli futbolçular klublara maraqlı idi. Qərardan sonra sponsorların akademiyalara marağı azala bilər? Məsələn, "Turan Tovuz"un rəhbərli Ehtiram Quliyev açıq şəkildə bildirib ki, bizim həm akademiyaya pul ayırmağa, həm də legioner gətirməyə pulumuz yoxdur. Lazım olan mövqelərə gedib hazır əcnəbi oyunçular alacağıq.

- Düşünmürəm ki, hər şey bu qərarla bitsin. Yeni strategiyada akademiyaların inkişaf etdirilməsi öz əksini tapır. Yəqin ki, bununla bağlı da təkliflər olacaq. "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevin fikirləri də AFFA üçün böyük mesajdır. Federasiyanın da öz planları var. Gözləmək lazımdır. Bizdə dəyişən nəsə yoxdur. Rəhbərlik nəyisə azaltmaqla bağlı bir şey deməyib.Düşünürəm ki, hər şey bu qərarla bitsin. Yeni strategiyada akademiyaların inkişaf etdirilməsi öz əksini tapır. Yəqin ki, bununla bağlı da təkliflər olacaq. "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevin fikirləri də AFFA üçün böyük mesajdır. Federasiyanın da öz planları var. Gözləmək lazımdır. Bizdə dəyişən nəsə yoxdur. Rəhbərlik nəyisə azaltmaqla bağlı bir şey deməyib.

- 2 illik aradan sonra reqlament yenə pozula bilər. Təklif var ki, Premyer Liqanın sonuncusu ilə Birinci Liqanın 3-cü pillədə olan komandası arasında pley-off matçı keçirilsin. Sizcə, elitanı tərk etməli komadanı belə təyin etmək ədalətlidir?

- Yaxşı olardı ki, mövsümün əvvəli bütün bunlara aydınlıq gələrdi. Təbii ki, Premyer Liqada sonuncu yeri tutan komandanın aşağı liqaya getməsi və əvəzində oradan 3 komandanın elitaya yüksəlməsi daha ədalətli olardı. Hansı amili nəzərə aldıqları deyə bilmərəm. Tam fikir demək çətindir. Birinci Liqadan 3 komandanın Premyer Liqaya buraxılmasını da öncədən deməyiblər. Bu da sual yaradır. Gedişatda belə qərarlar olmasa daha yaxşı olardı.aydınlıq gələrdi. Təbii ki, Premyer Liqada sonuncu yeri tutan komandanın aşağı liqaya getməsi və əvəzində oradan 3 komandanın elitaya yüksəlməsi daha ədalətli olardı. Hansı amili nəzərə aldıqları deyə bilmərəm. Tam fikir demək çətindir. Birinci Liqadan 3 komandanın Premyer Liqaya buraxılmasını da öncədən deməyiblər. Bu da sual yaradır. Gedişatda belə qərarlar olmasa daha yaxşı olardı.

- 12 komandalı çempionatın hansı formatda keçirilməsi daha uyğun olardı?

- Həm "altılıq" sistemində, həm də 3 dövrəli sistemdə oyun sayı aşağı-yuxarı eyni olacaq. Amma hər birinin müsbət-mənfi tərəfləri var. 3 dövrəli sistemdə sonuncu dövrənin oyunları neytral meydanda ola bilər. Bu da azarkeşlərin toplanması baxımından çətinlik yaradır. "Altılıq" sistemində rəqabət olacaq. Amma orta sıralarda gedən komandalar aşağıdakı rəqiblərlə xal fərqi yarada bilsə, onlar üçün mövsümün sonlarına yaxın stimul olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti