“Sabah”ın hücumçusu Pavol Şafranko Sportinfo.az-a müsahibə verib.
Slovakiyalı komandasının “Kəpəz”ə 2:3 hesablı məğlubiyyətindən sonra sualları cavablandırıb.
- Bu cür sonluğu ağlınızdan keçirirdiniz?
- Bura çox yaxşı əhval-ruhiyyə ilə gəlmişdik. Əhval-ruhiyyə də yaxşı idi. Qələbə atmosferdindəydik. Oyuna yaxşı başlayıb, hesabda önə keçsək də, özümüz öz işimizi çətinə saldıq. Qırmızı vərəqə, penalti və lazımsız səhvlər bu cür sonluğa səbəb oldu.
- Rəqib sizə rahat nəfəs almaq imkanı vermirdi. Sıralanan səhvlər, penalti, “qırmızı” da buna görə oldu sanki. Düşünmürsən ki, “Kəpəz” sizdən daha istəkli olduğuna görə istəyinə çatdı.
- Bilmirəm, bilmirəm, nə deyəcəyimi həqiqətən bilmirəm. Məşqlərdə bu qədər çalışırıq, vəziyyəti dəyişmək üçün lazım olan hər şeyi edirik. Ancaq son 4 oyunda qələbə yoxdur. Futbol belədir, bəzən işlər istədiyin kimi getməyəndə, düşdüyünün durumdan çıxmaq çətinləşir, psixoloji gərginlik yaranır. Rəqib bizə imkan verməsəydi, 2 qol vurub hesabda önə keçə bilməzdik. Sadəcə, axmaq səhvlər edirik.
- Dördüncü sıradakı “Turan Tovuz” “Səbail”i udsa, xal fərqi 10-a yüksələcək. Avrokuboklara vəsiqə get-gedə sizdən uzaqlaşır.
- Hansı pillədə olduğumuzun nə etmək lazım gəldiyinin fərqindəyik. Məşqçilər heyəti əziyyət çəkir, hansı anda nə etmək lazım gəldiyini göstərirlər. Çempionatın sonuna çox var, hansı komandaların xallar itirəcəyini deyə bilmərik. İstənilən halda sona qədər mübarizə aparacağıq. Zərrə qədər də olsun şansımız varsa, son saniyəyə qədər ümid edəcəyik. Belə çox davam etməyəcək.
HƏBİB