COP29

“İkimiz də çörək qazanırıq, bir-birimizə hörmət qoymalıyıq” – Adı OLAYa qarışan

22 Yanvar 20:40 Müsahibə 333
“İkimiz də çörək qazanırıq, bir-birimizə hörmət qoymalıyıq” – Adı OLAYa qarışan

“Araz-Naxçıvan” yeni ildəki ilk oyunda məğlub oldu.

Premyer Liqanın ikinci yarısına qələbə ilə başlayıb, “Sabah” və “Qarabağ”la görüşlərdəki yenilgiləri unutdurmaq istəyən naxçıvanlılar “Zirə”yə uduzdu – 0:1.

Sportinfo.az-a müsahibə verən müdafiəçi Slavik Alxasov 90 dəqiqə ilə bağlı yaranan sualları cavablandırıb.

- Niyə məğliub oldunuz?

- Bura qələbə dalınca gəlmişdik. Buna nail olmaq üçün də əlimizdən gələni etdik. Lakin rəqib lazım olan qolu vurdu, biz isə bacarmadıq. Çox məyusuq.

- Sanki sən də öz “qabında” deyildin. Oyunun istədiyin kimi alınmırdı.

- Belə deməzdim. Verilən tapşırıqları yerinə yetirməyə çalışırdım. Fikrimcə, normal alındı.

- 15 oyunda məğlub olmayan komanda ardıcıl 3 görüşdə uduzub. Nə baş verir?

- Bu fikirlə yaşamağın tərəfdarı deyiləm. Uğurlu seriya olubsa, lap yaxşı. Oturub düşünsək ki, niyə 3 oyundur udmuruq, bu, vəziyyəti daha da pisləşdirə bilər. Futboldur, qalibiyyət kimi məğlubiyyət də var. Dünən alınırdı, bu gün alınmır, sabah yenə alınacaq. Hər şey öz əlimizdədir.

- Qara Qarayevlə rəqib futbolçular arasında yaşanan epizodda nə baş verdi?

- Açığı, epizodun əvvəlində uzaq idim. Mən yaxınlaşanda da ingiliscə danışırdılar deyə, heç nə başa düşmədim. Gördüm ki, bir-birini itələyirlər, mən də Qaranı müdafiə etməyə çalışırdım. Futbolda bu cür hallar çox olur.

- Legionerlərin tanınmış azərbaycanlıya qarşı bu cür davranışını necə qarşılayırsan?

- Belə hallarda yerliylə legioneri ayırmağın tərəfdarı deyiləm. İkisi də insandır, ikisi də futboldur, ikisinin də emosiyaları var. Belə epizodlarda peşəkarcasına davranmaq lazımdır. İkimiz də çörək qazanırıq, bir-birimizə hörmət qoymalıyıq. Bu, milliyətindən asılı olmayaraq hamıya aiddir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!
22 Yanvar 03:10 Liqada GÜNÜN ADAMLARI
22 Yanvar 02:50 Xəyalın “200”ü VAR!