COP29

"Kəpəz"in patronu “sandığı açıb-tökdü”: “Razılıq əldə etmək olmur”

13:20 Müsahibə 495
"Kəpəz"in patronu “sandığı açıb-tökdü”: “Razılıq əldə etmək olmur”

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri Premyer Liqanın 19-cu turunda "Turan Tovuz"u məğlub etdikləri matçdan (5:2) sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk öncə qarşılaşma barədə danışıb.

- Qərb derbisi hər zaman gərgin keçir. Məncə, bu gün də meydanda maraqlı oyuna şahidlik etdik. Qalib gələn tərəf biz olduq. Bizim üçün vacib qələbədir. Amma bununla hər şey həll olundu deyə bilmərik. Bundan sonra da bütün oyunları intizamlı oynayıb xallarımızı qazanmağa çalışacağıq. Qarşıdakı günlər komandaya daha 1 oyunçu da qoşulacaq. Heyəti daha da gücləndirib məqsədimizə çatmaq istəyirik. Bilirsiniz ki, Gəncədə möhtəşəm arena inşa olunur. Neçə ildi doğma azarkeşlərimiz kənar meydanlarda bizi dəstəkləyir. İstəyirik ki, bu sevinci doğma meydanımızda onlara yaşadaq.

- Parlaq qələbədə hansı amil xüsusi rol oynadı?

- Düşünürəm ki, futbolçuların döyüşkənliyi rol oynadı. Hər biri əziyyət çəkdi. Erkən qol buraxdıq, amma ruhdan düşmədilər. Sona kimi mübarizə apardılar və lazım olan 3 xalı qazandıq.

- Yeni sponsor xəbərinin nəticəyə təsiri oldumu?

- Bununla bağlı hələ nəsə deyə bilmərik.

- Oyundan öncə desəydilər ki, "Kəpəz" 5 qol vuracaq buna inanardız?

- İnanmazdıq. Çünki mövsümün birinci yarısında cəmi 12 qol vurmuşuq. Derbidə 5 qol vurmaq gözəl nəticədir.

- Paltardəyişmə otağında böyük sevinclə qarşılandınız. Bu, qələbə sevinci idi, yoxsa mükafat?

- Mükafatın sevinci idi (gülür)

- Növbəti oyun əsas rəqibiniz olan "Səbail"lədir...

- Əsas rəqib deməzdim. Sadəcə turnir cədvəlində bir-birimizə yaxınıq. Vəziyyət hər an dəyişə bilər. Bütün rəqiblər bizim üçün vacibdir. Məsələn, bu gün "Turan Tovuz" əsas rəqib olmasaydı, belə mübarizə aparıb qalib olmazdıq. İstənilən rəqibə qarşı mübarizə aparıb xallar qazanmalıyıq.

- "Sabah"ın bir neçə üzvü ilə danışıq aparırdınız. Sonda anlaşmağa nə mane oldu?

- Futbolda belə hallar olur. Bəzən futbolçu, bəzən klubla razılıq əldə etmək olmur.

- Bu dəfə hansı tərəflə razılaşa bilmədiniz?

- Klub tərəfindən heç bir problem olmadı. Sadəcə futbolçularla müəyyən detallarda razılaşa bilmədik.

- Danışıqlar tam qapanıb?

- Futbolçu xətrinə transfer etmək istəmirik. Gərək gələcək oyunçu bizə kömək etsin. Alına da bilər, alınmaya da bilər.

- İcraiyyə Komitəsinin əvvəlki iclaslarında klublara ayrılan dotasiyanın meyarlar üzrə bölgüsü ilə bağlı müzakirələr yarımçıq qalmışdı. Bununla bağlı sizin hər hansı təklifiniz olub?

- Məncə, məsələlər yekunlaşıb. Kluba lazım olan məlumatlar verilib. Biz də buna əsasən büdcəni formalaşdırıb, ona uyğun işimizi davam etdiririk.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti