COP29

İlk dəfə Azərbaycana gələn braziliyalının arzusuna baxın! - O, kimin adını çəkdi?

12 Yanvar 22:55 Müsahibə 815
İlk dəfə Azərbaycana gələn braziliyalının arzusuna baxın! - O, kimin adını çəkdi?

“Şamaxı” hücum xəttindəki rəqabəti Maykl Tuiki gətirməklə doldurmağa çalışdı.

31 yaşlı braziliyalının “Zirə”ylə yoldaşlıq görüşündə meydana çıxmamasının səbəbi ölkəmizə yeni gəlməsi və oynamağa tam hazır olmaması ilə bağlıydı.

Karyerası ərzində Braziliya, Portuqaliya və Litva klublarının şərəfini qorumuş təcrübəli forvard Sportinfo.az-ın suallarını cavablandırıb.

- Azərbaycana ilk səfərindir yəqin.

- Bəli-bəli.

- Təklif alana, bura gələnə qədər ölkəmiz və futbolumuz barədə nə kimi məlumatlara sahib idin?

- Açığı, əvvəl zəngin bilgilərim yox idi. Lakin son vaxtlar “Turan Tovuz”dakı dostum Aleks Souzanın sayəsində xeyli məlumatlara sahib olmuşam. O, Azərbaycanın gözəl ölkə olduğunu, futbolun səviyyəsinin yüksəlməkdə davam etdiyini demişdi. Bunları eşidəndən sonra Azərbaycan mənim üçün yeni çağırış idi.

- Ölkəmizdə top qovan və ya daha öncə oynamış braziliyalılardan yalnız Aleks Souzanı tanıyırsan?

- Bəlkə də daha öncə oynamışlardan tanıdıqlarım var. Sadəcə, kimlərin Azərbaycanda çıxış etdiyini bilmirəm deyə, ad çəkməyim mümkün deyil. Lakin indikilərdən bəli, yalnız Aleksi yaxından tanıyıram.

- Xanımın litvalıdır? Cənubi Amerikalı futbolçular adətən bir neçə il oynadıqları ölkədə evlənirlər.

- Əslində, Litvada nişanlanmışdım. Lakin bu münasibətimin ömrü çox çəkmədi. Sonradan braziliyalı xanımla ailə qurdum.

- Azərbaycan karyerandan nə gözləyirsən?

- Hər şeydən əvvəl təcrübəm və bacarığımla “Şamaxı”ya kömək etmək istəyirəm. Vurulan qollarda, verilən məhsuldar ötürmələrdə payımın olması mənim üçün vacibdir. Böyük hədəflər uğrunda mübarizə aparmaqla çempion olmaq yerinə düşər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 20:00 Çək və bizə göndər!
12 Yanvar 11:05 Bunu sizin üçün etdik!