COP29

“Həmin adamın dediklərini ciddiyə almazdım” – Sonuncu pillənin adamı

16:40 Müsahibə 124
“Həmin adamın dediklərini ciddiyə almazdım” – Sonuncu pillənin adamı

“Səbail”in əsas rəqiblərindən biri ilə oyunda qələbə qazanaraq sonuncu pillədən qurtulmaq arzusu çin olmadı.

Şamaxı səfərinə yollanan “dənizçilər” qarlı və buzlu meydanda üz-üzə gəldikləri “Şamaxı” ilə qolsuz bərabərliyə razılaşdı.

“Dənizçilər”in niderlandlı yarımmüdafiəçisi Süleyman Alluş Sportinfo.az-a verdiyi müsahibədə matçla bağlı suallara aydınlıq gətirib.

- 1 xal münasibəti ilə təbrikləri qəbul edirsən?

- Xeyr-xeyr. Təbrik qəbul etmək üçün gərək xoşbəxt olasan. Bura qələbə dalınca gəlmişdik ki, xallarımızın sayını artıraq. Çünki indiki vəziyyətdə qələbələrə ehtiyacımız var. Təəssüf ki, buzlu meydan bizə və rəqibə normal futbol oynamağa imkan vermədi.

- Karyeran ərzində bu cür meydanda oynamışdın?

- Niderlandda hər il dekabr ayında qar yağır. Qarlı meydançalar mənə tanışdır (gülür). Hə, bir dəfə də Rusiyada belə havada oynamışam. Həm qarlı, həm də buzlu idi. Ona görə də belə şəraitdə topu necə saxlamağı, topla necə irəliləməyi az da olsa bilirəm.

- Qış fasiləsinə sonuncu pillədə yollanmamaq şansınız nə dərəcədə yüksəkdir?

- Hazırda keçid dövründəyik. Yeni baş məşqçi gəlib və onun bizdən tələbləri, istəkləri var. Ona görə də hələ 100 faizini edə bilmirik. Sonuncu pillədən qurtulmaq üçün çalışırıq. Hətta bu, fasiləyə qədər baş verməsə belə, çempionatın ikinci yarısında güclənmiş heyətlə böyük işlər görəcəyik. İndiki məqamda güclənməyə çox ehtiyacımız var.

- Mövsümün əvvəlində kimsə sənə sonuncu pillədə yer alacağınızı desəydi, cavabın necə olardı?

- Bunu qətiyyən ağlımdan keçirmirdim. Həmin adamın dediklərini ciddiyə almazdım. Çünki yaxşı toplanış keçmişdik, sağlam kollektiv formalaşmışdı. Ancaq durumun bu cür olması tək məni yox, hamını təəccübləndirdi. Heç nə itirilməyib, mübarizə qabaqdadır. Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 20:40 Sizə soyuq deyil? - VİDEO