COP29

“3-lük”də yer ala bilərik” – Fransalı bölgədə nəyi gözləmirmiş?

16 Dekabr 20:20 Müsahibə 212
“3-lük”də yer ala bilərik” – Fransalı bölgədə nəyi gözləmirmiş?

“Zirə”nin yeni legioneri Ayron Qomis Sportinfo.az-a açıqlama verib.

Premyer Liqada birinci ilini keçirən fransalı yarımmüdafiəçi “Kəpəz” üzərində parlaq qələbə (4:0) həm ilə bağlı suallara aydınlıq gətirib.

- Ağır Tovuz səfərində 4:0 hesabı ilə qalib gələcəyinizi təsəvvür edirdin?

- Düzünü desəm, bu cür nəticəni gözləmirdim. İlk dəqiqələrdən meydanda olan komanda yoldaşlarım çox əziyyət çəkərək lazım olan qolları vurdular. Mənim kimi sonradan oyuna qoşulanlar isə oyun ritmini qorumağa çalışdıq. “Kəpəz”in təhlükəli rəqib olduğunu nəzərə alsaq, indiki vəziyyətdə bizim üçün olduqca vacib qələbə idi.

- Premyer Liqada ardıcıl 3 məğlubiyyətdən sonra çempionatda və kubokda ardıcıl 3 qələbəyə sevindiniz. Üstəlik, 3 görüşdə 11 qol vurmaqla. Bunun üçün nə etdiniz?

- Uduzduğum oyunlara baxsaq, çox sayda şansları boşa vermişik. Son nöqtəni qoymaqla bağlı problemimiz var idi. Lakin son 3 matçda ələ düşən imkanları qola çevirməyimiz xoş mənzərə yaradıb. Həm də, komanda ardıcıl bir neçə oyunlarda qalib gələndə, özünəinam yaranır, hər növbəti oyunda daha yaxşı futbol sərgiləyir, qollar vurur. Bu, çox vacib amildir.

- Qış fasiləsinə qədər 3-cü pilləni “Turan Tovuz”un əlindən almaq nə dərəcədə real görünür?

- Keyfiyyətli futbolçulara sahib yaxşı komandamız var. Bilirəm ki, böyük işlər görə bilərik. Bu cür davam etsək, əlbəttə, ilk “3-lük” yer ala bilərik. Lakin sırf bunu düşünərək meydana çıxmağın tərəfdarı deyiləm. Oyunumuza xüsusi diqqət yetirməliyik. Yaxşı oynayanda, qollar vuranda qələbə səni tapır. Qələbələr sıralananda isə istənilən halda yuxarı pillələrə qalxmaq olur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...