COP29

Juninyo “Qarabağ”da olanları AÇIQLADI: “Mən belə şeylərə fikir vermirəm”

4 Noyabr 21:20 Müsahibə 4 114
Juninyo “Qarabağ”da olanları AÇIQLADI: “Mən belə şeylərə fikir vermirəm”

“Qarabağ” Tovuz səfərində qolsuz bərabərə qalmaqla Premyer Liqada ardıcıl 7 oyunluq qələbə seriyası qırıldı.

Oyuin başa çatandan sonra ağdamlı futbolçuların bəziləri nəticədən məyus, bəziləri sanki məmnun görünürdü.

Olavio Juninyo da qaş-qabağı “yerlə gedənlərdən” idi, buna baxmayaraq, Sportinfo.az-ın suallarını cavablandırmaqdan boyun qaçırmadı.

- Süni örtüklü meydanda 82 dəqiqə mübarizə aparandan sonra özünü necə hiss edirsən?

- Bəli, öyrəşmədiyimiz qazondur. Əksər vaxtlarda təbii örtükdə oynayırıq deyə, bizə otun üstündə daha rahatdır. İstənilən halda çətin oyun oldu. Rəqibin “Turan Tovuz” olması özünü göstərirdi. Çox yaxşı mübarizə aparır, sona qədər döyüşürlər.

- 1 xalı “Qarabağ”ın aktivinə yazmaq olar, yoxsa 2 xal itirdiniz?

- Rəqibimizin ən yaxın izləyicimiz olduğunu və səfərdə süni örtükdə oynadığımızı nəzərə alsaq, 1 xalı normal hesab edirəm. Çempionatda hər qazanılan xal bizim üçün dəyərlidir.

- 7 oyunluq qələbə seriyanız qırıldı. Bu da təsir edir?

- Şəxsən öz adıma deyim ki, belə şeylərə fikir vermirəm. Məqsədimiz hər matçdan qələbə ilə ayrılmaqdır. Bu da hər dəfə olmur. Bəzən xal itkiləri də qaçılmazdır.

- “Qarabağ”ın avrokuboklarda son 5 oyunu məğlubiyyətlə başa vurmasının səbəbini nə ilə əlaqələndirə edə bilərsən?

- Hər oyunun özünə görə səbəbi var. Konkret detal göstərmək olmur, çünki müxtəlif səbəblərdən olub. Bir də ki, qarşılaşdığımız rəqiblər elə-belə komandalar deyil, avrokuboklarda zəngin təcrübələri var. Yaxşı oynamasaq, qol imkanları yaratmasaq, nələrinsə baş verdiyini düşünmək olar. Ancaq hər oyunda azı 3 real qol şansı yaxalayırıq. Sadəcə, ayrı-ayrı məqamlar yekun nəticəyə təsir edir. Əminəm ki, əvvəlki qələbələrin davamı gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti