“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Sportinfo.az-a müsahibə verib.
Azərbaycan millisinə də cəlb olunan 27 yaşlı yarımmüdafiəçi komandasının “Kəpəz” üzərində qazandığı 2:1 hesablı qələbə haqda sualları cavablandırıb.
- Autsayder “Kəpəz”lə oyunda bu dərəcədə gərginliyin olacağını ağlından keçirə bilərdin?
- “Kəpəz”in sonuncu pillədə yer alması aldadıcı ola bilər. Amma sizə deyim ki, çox yaxşı futbol oynayırlar. Sona qədər mübarizə aparır, döyüşürlər. Həm də, bu, qərb derbisidir, istər-istəməz komandalar bu matça ikiqat əzmlə hazırlaşır. Çətin olacağını bilirdik və bunun şahidi olduq. Şükürlər olsun ki, son dəqiqə qolu ilə qələbə qazandıq.
- Qələbə topunun vurulması niyə son dəqiqəyə qədər uzandı? “Kəpəz”i bütün komponentlərdə üstələdiyinizi nəzərə alsaq, oyunun müqəddəratını vaxtında həll etməyinizə kim, yaxud nə mane olurdu?
- Baş məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirə bilsəydik, nəticə başqa cür olacaqdı. Əvvəldən düşündüyümüz gedişlərin 1-2-sini etdik, onda da qol vurduq, ya da təhlükəli vəziyyət yaratdıq. Bu 3 xal Allahın bizə verdiyi hədiyyədir.
- Həlledici qol son saniyələrdə vuruldu. 3 xaldan əlini üzmüşdün?
- Xeyr, qətiyyən. Sona yaxın təzyiqi artırmışdıq. Bilirdim ki, standart vəziyyət olsa, qol vura biləcəyik. Çünki məşqlərdə bunun üzərində çox çalışırıq. İlk “standart”da bir-birimizi tam başa düşmədik, ikincidə lazım olan qolu vurduq
HƏBİB