COP29

O, “Neftçi"dən niyə uzaqlaşdı? - "Qurbanla dostam, "Xəzər Lənkəran" azarkeşiydim"

14:20 Müsahibə 999
O, “Neftçi"dən niyə uzaqlaşdı? - "Qurbanla dostam, "Xəzər Lənkəran" azarkeşiydim"

Sportinfo.az xəbər verir ki, Əməkdar artist Bəhram Bağırzadə teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bəhram müəllim, bu gün doğum gününüzdür. Ömrünüzün 52 illik səhifəsini necə dəyərləndirirsiniz?

- Allaha şükürlər olsun, Əlhəmdulillah…

- Özünüzə nə arzu edirsiniz?

- Özümə bol-bol enerji arzu edirəm. Enerji varsa, insan hər şey edə bilər. Arzum odur ki, enerjim heç vaxt 70 faizdən aşağı düşməsin.

- Ad gününüzdə sevinc, yoxsa kədər hiss edirsiniz?

- Hər günümə sevinirəm. Allah mənə nə qədər ki nəfəs almağa, eşitməyə, görməyə imkan verir, hər günümə görə şükür edirəm. Ən əsas da son dörd ildə...

- Koronavirusdan sağaldıqdan sonra iki dəfə doğum gününüzü qeyd edəcəyinizi açıqlamışdınız, 4 sentyabr və 2 iyul tarixini...

- Bəli, Allah mənə yenidən yaşamaq üçün şans verib.

- Hansı günlərdə kövrək anlar yaşayırsınız?

- Valideynlərimi itirdiyim gün...

- Allahın sizə bəxş etdiyi taledən razısınız?

- Bəli, taleyimdən razıyam. Allaha min şükür...

- Sentyabrın 1-i növbədənkənar parlament seçkiləri baş tutdu. Ailə üzvlərinizlə birlikdə səs verdiniz. Səs verdiyiniz namizəd deputat oldumu?

- Bəli, səs verdiyim namizəd hamıdan çox səs topladı. Ağsaqqalı çoxdan tanıyıram. Həm də deputatlar arasında ən ağsaqqalıdır.

- Heç vaxt millət vəkili olmaq istəmədiyinizi qeyd etmisiniz. Maraqlıdır, qərarınızda dəyişiklik varmı?

- Bəli, millət vəkili olmaq istəmirəm. Gələcəkdə də millət vəkilliyinə namizədliyimi verəcəyimi düşünmürəm. Fikirləşirəm ki, millət vəkili postuna layiq deyiləm. Çünki mənim o qədər savadım və elmim yoxdur. Amma digər sahələrdə elmim, savadım var və diqqətimi də oraya yönəltmək istəyirəm. Bu gün ancaq uşaqların maariflənməsi ilə məşğulam və ən azı 10 il bu sahədə çalışmaq istəyirəm. Çünki bu sahədə iş görən insanlar çox azdır, onlardan da biri mənəm. Düşünürəm ki, bu sahədə millətimə, uşaqlara daha çox xeyir gətirə bilərəm, nəinki deputat kimi...

- Bəhram müəllim, yeni televiziya mövsümündə aparıcı kimi fəaliyyət göstərməyi düşünürsünüz?

- Xeyr. Mənim işim artıq televiziyalarımızla bitib.

- Yaxın günlərdə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla məkanların birində idiniz. "Qarabağ" futbol komandasının son uğurları haqqında nə demək istərdiniz? Təklif və iradlarınız nədən ibarətdir?

- Nəinki "Qarabağ"a, bütün futbol klubuna uğurlar arzu edirəm. Çünki mən əksər komandalarımızın azarkeşiyəm. Azarkeşliyimi yalnız "Qarabağ" futbol komandasına bağlamıram. "Xəzər-Lənkəran"a azarkeşlik etmişəm, "Kəpəz" və "Neftçi"yə indi də azarkeşlik edirəm. Mənim məmləkətimi, Azərbaycanımı digər ölkələrdə təmsil edirlərsə, onların əlbəttə, azarkeşiyəm.

Amma Qurban Qurbanov dostum olduğuna görə onun klubuna xüsusi azarkeşlik edirəm, Qurban Qurbanovun həyat tərzi, həyata baxışı, fəlsəfəsi mənə uyğundur. Baxmayaraq ki, eyni yaşdayıq, amma ondan çox şey öyrənirəm.

- "Neftçi”nin Müşahidə Şurasının üzvülüyündən niyə istefa vermisiniz? Heç vaxt bu qərarınızın səbəbini açıqlamadınız.

- Bu haqda vaxt olar danışaram, inşallah. İndi vaxtı deyil...

- Ənənəvi sualımız: növbəti yaşınıza arzunuz nədir?

- Allah millətimizi sağlam eləsin, Allah millətimizi qorusun! Rəvan günlər görək, dünyanın ən sağlam düşüncəli milləti olaq. Mənim arzum budur.

Digər Xəbərlər
Xəbər Lenti