COP29

“Bu, bizi sevindirmir” - “Taxt”dan düşən komandanın legioneri

5 Oktyabr 21:00 Müsahibə 1 539
“Bu, bizi sevindirmir” - “Taxt”dan düşən komandanın legioneri

“Turan Tovuz” ardıcıl üçüncü oyundaq qələbəyə həsrət qaldı.

“Sabah”la bəabərə qalıb, “Araz-Naxçıvan”a uduzan qərblilər bu dəfə “Şamaxı”nın müqavimətini qıra bilmədi – 2:2.

Digər futbolçular üzgün görünsə də, toqolu müdafiəçi Emmanuel Hakman Sportinfo.az-ın suallarını cavablandırmağa “yox” demədi.

- Növbəti xalların itkisi ilə bağlı nə deyə bilərsən?

- Futbol səhvlər üzərində qurulub. Səhvə yol veririksə, rəqib də qol vuracaq. Qələbə qazanmaq istəyirdik, alınmadı. Önəmli olan səhvlərdən nəticə çıxarmaqdır.

- Nəzərə alaq ki, məğlubiyyətdən son saniyələrdə penalti qolu ilə qurtuldunuz.

- Əlbəttə, xalsız qalmaqdansa 1 xal daha yaxşıdır. Sona yaxın böyük qüvvə ilə irəli atılmışdıq. Etdiyimiz təzyiq rəqibin qapısına qolla nəticələndi. Lakin bu nəticə bizi sevindirmir.

- Son 3 oyunda qələbə üzünə həsrət qalmağınızın səbəbi nədir?

- Futbolda belə hallar olur. Mövsümü ıəvvəldən sona qədər qələbələrlə davam etdirmək mümkün deyil. İlk turlarda yaxşı başlamışdıq, son 3 matçda öz səhvlərimizdən xallar itirdik. İstənilən halda təslim olmaq fikrində deyilik. İddiamız üçün sona qədər mübarizə aparacağıq.

- Ola bilər ki, ilk 5 oyunda qazanılan 4 qələbədən sonra “Turan Tovuz”dan gözləntilər çoxdur deyə, xal itkiləriniz bu cür ajiotaj doğurur?

- Yəqin ki, bunun da müəyyən rolu var. Ümumi götürsək, 8 oyunda 1 dəfə məğlub olmuşuq. Yerdə qalan 7 matçda 4 qələbə və 3 heç-heçə pis nəticə deyil. Ancaq daha yaxşısını etməyə qadir olduğumuzu düşünürəm.

- Yeri gəlmişkən, ilk 5 oyunda qapısında top görməyən komanda son 3 görüşdə 6 qol buraxıb. Bunu nə ilə izah edə bilərsən?

- Burada fərd olaraq kimisə günahlandırmaq olmaz. Çünki biz bir komandayıq və səhvləri edən biz futbolçularıq. Demək ki, hansısa məqamlarda səhvlərə yol verdiyimizə görə bu qədər qol buraxmışıq. Bəlkə də konsentrasiya baxımından problem yaşamışıq. Təhlil etdikcə, bilinəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti