COP29

“Malmö”nün kapitanı “Sportinfo”ya danışdı: “...“Qarabağ”dan üstün idik”

4 Oktyabr 20:00 Müsahibə 1 519
“Malmö”nün kapitanı “Sportinfo”ya danışdı: “...“Qarabağ”dan üstün idik”

“Malmö”nün kapitanı Anders Kristiansen Sportinfo.az-a müsahibə verib.

34 yaşlı hücumçu “Qarabağ” üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra sualları cavablandırıb.

- Hədsiz sevincli görünürsüz. Sanki Çempionlar Liqasının finalına vəsiqə qazanmısınız. Səbəb “Qarabağ” kimi rəqibi Bakıda məğlub etməkdir?

- Xeyr-xeyr, bu sevinc komandanın sərgilədiyi oyuna görədir. Azarkeşlərimizin qarşısında “Reyncers”lə oyunda adımıza yaraşmayan bərbad futbol nümayiş etdirmişdik. Sevinirik ki, bir həftə ərzində toparlanıb istədiyimiz futbolu göstərdik və lazım olan qələbəni qazandıq. Yəni bu gün hansı rəqibi udsaydıq, eyni xoşbəxtlik olacaqdı.

- İsveçdə təyyarəyə minəndə Bakıda 3 xal qazanacağınızı təsəvvür edə bilirdin?

- “Reyncers” yenilgisindən sonra onsuz da məqsədimiz bu idi. Başqa cür ola bilməzdi. Ancaq ilk növbədə arzuladığımız futbolu göstərmək istəyirdik. Bilirdik ki, öz oyunumuzu oynasaq, qələbə bizdən qaça bilməyəcək. Kapitan kimi fikrimi bilmək istəyirsinizsə, mənə görə bugünkü oyun 3 xaldan daha gözəl idi.

- Hədəfə çatmaq üçün “Qarabağ”ı hansı cəhətlərdə üstələdiyinizi düşünürsən?

- Topa nəzarət üstünlüyü faiz etibarilə “Qarabağ”ın tərəfində olsa da, topsuz nəzarətdə biz yaxşı idik. Bu, olduqca önəmli amildir. İkinci qolu vurandan sonra taktiki planda dəyişikliyə əl atmaqla əsas diqqəti müdafiəyə ayırdıq. “Qarabağ”ın futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Birəbir epizodlarda çox təhlükəlidirlər. Fikrimcə, kollektiv oyunda bu gün biz onlardan üstün idik.

- Meydanda sanki iki eyni komanda mübarizə aparırdıq. Oyun dəsti-xətti, oyun intizamı, hücumların qurulması və sair kimi epizodlarda hədsiz oxşarlıq gördük. “Malmö”nü İsveçin “Qarabağ”ı adlandıra bilərik?

- Digər cəhətlərdə də oxşarlıqlar var. Bildiyimə görə, Azərbaycan çempionatında 10 komanda mübarizə aparır və “Qarabağ” hər zaman yüksəkdədir. Bizdə də bu rolu “Malmö” oynayır. Sadəcə, fərq burasındadır ki, İsveçdə güclü və fərqli futbol fəlsəfəsi olan komandaların sayı çoxduir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti