COP29

"Bura gələndə bizi nələrin gözlədiyini bilirdik" - Əcnəbi ilə MÜSAHİBƏ

25 Sentyabr 20:00 Müsahibə 860
"Bura gələndə bizi nələrin gözlədiyini bilirdik" - Əcnəbi ilə MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın legioneri Miço Kuzmanoviç Sportinfo.az-a müsahibə verib.

Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi komandasının “Turan Tovuz” üzərində qazandığı 2:1 hesablı qələbə haqda sualları cavablandırıb.

- “Turan Tovuz”u lider taxtından salmaq üçün nə etdiniz?

- Bura gələndə bizi nələrin gözlədiyini bilirdik. Məğlub olmamışdı, turnir cədvəlinə başçılıq edirdi və möhtəşəm azarkeşlərin qarşısında oynayırdı. Bizim üçün çətin olacağına şübhə etmirdim. Başlıca məqsədimiz əlimizə düşəcək ən kiçik imkanlardan belə istifadə etmək idi ki, bunu bacarmaqla istəyimizə çatdıq.

- Meydan sahiblərini hansı cəhətlərdə üstələdiyinizi düşünürsən?

- Fikrimcə, orta sahədə biz daha fəal və hərəkətli idik. Rəqib uzun ötürmələr edirdi və biz ikinci topların götürülməsində üstün olurduq. Ən əsası, biz qol vəziyyətlərindən istifadə etməyi yaxşı bacardıq.

- Ramon Maçadonun Roderik Millerə qarşı kobudluğunda qırmızı vərəqə var idi?

- Məncə, “qırmızı”lıq epizod deyildi. Çünki Ramon ayağını topu götürmək üçün qaldırmışdı, rəqib isə başı ilə müdaxilə edirdi. Orada şiddətdən və qəsddən söhbət gedə bilməz. Razıyam, kobud oyun var, amma qırmızı vərəqə çox ağır qərar olardı.

- Bu komandanın ötənilki “Araz-Naxçıvan”dan güclü olması fikri ilə razıyam?

- Bəli, indiki komandamız daha təcrübəli futbolçulardan qurulub. Futbolda təcrübə çox vacib amildir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti