"Zirə"nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Premyer Liqanın 7-ci turunda "Sumqayıt"ı məğlub etdikləri matç haqda Sportinfo.az-a müsahibə verib.
- "Sumqayıt" üzərində qələbəni necə şərh edərdin?
- Rəqibin oyun üslubunu bilirdik. Müdafiədən hücuma yaxşı çıxırlar. Topla rəftarları yaxşıdır. Erkən qol bizə çox kömək etdi. İkinci yarı rəqibin müdafiəsində boşluqlar yaranacağını bilirdik. Bundan da istifadə edib layiqli qələbə qazandıq.
- 90 dəqiqə o qədər də baxımlı futbol izləmədik. Bunu nə ilə əlaqələndirərdin?
- Biz üzərimizə düşəni maksimum etdik. Oyun nizam-intizamına uyğun davrandıq. Baxımlı alınmamağının səbəbini deyə bilmərəm.
- Avrokuboklardan sonra Liqada qələbələri sıralayırsınız. Tam olaraq çempionata köklənə bildiyinizi demək olar?
- Bəli, artıq tam liqaya köklənmişik. Avrokuboklarda olanda qrafik sıx idi bə hardasa yorğunluq olurdu. İndi isə oyunlara tam hazırlaşmağa vaxtımız çox olur.
- Əksəriyyət "Qarabağ"dan sonra ən güclü kollektiv kimi "Zirə"nin adını çəkir. Bu iddia ilə razısan?
- Azarkeş olsaydım, mən də razılaşardım. Güclü kollektivimiz var. Həmişə yüksək pillələrə iddialı olmuşuq.
XANOĞLAN İMANOV