COP29

"Özümü əcnəbi saymıram, Azərbaycanı öz ölkəm bilirəm" - MÜSHAİB

20 Sentyabr 21:00 Müsahibə 4 981
"Özümü əcnəbi saymıram, Azərbaycanı öz ölkəm bilirəm" - MÜSHAİB

Birinci Liqa təmsilçisi "Baku Sportinq"in yay fasiləsində heyətinə qatdığı legionerlərdən biri də Şahin Balejai oldu.

Bir vaxtlar ölkəmizdə "Qarabağ", "Sabah" və "İnter" (indiki "Şamaxı") klublarında qısa müddət çıxış etmiş 33 yaşlı forvardın 7 illik aradan sonra ölkəmizə qayıdışı uğurlu oldu.

O, "İmişli" ilə debüt matçında qol hesabını açaraq komandasına qələbə qazandırdı.

Sportinfo.az-a müsahibə verən hücumçu ölkəmizə qayıdışı, debüt matçı və gələcək planlarından danışıb.

- Yenidən Azərbaycana qayıdışın necə baş tutdu?

- Əslində Bakıya şəxsi işlərimə görə gəlmişdim. Bu əsnada Elman müəllim sağ olsun, mənə dəvət göndərdi. Biz də razılaşdıq.

- Başqa təkliflər almışdınmı?

- Bəli, Premyer Liqa klublarından da dəvətim vardı.

- O zaman niyə məhz "Baku Sportinq"?

- Digər klubların şərtləri ürəyimcə olmadı. "Baku Sportinq"in rəhbərliyi rahatlığımız üçün hər bir şəraiti yaradıb. Onlara təşəkkür edirəm.

- Debüt matçında qələbə qazandınız, qol hesabını açdın. Xoşbəxtliyini necə ifadə edərdin?

- Həqiqətən, belə başlanğıc çox xoş oldu. Şükürlər olsun ki, mövsümə qələbə ilə başladıq. Rəqiblər hələ bir-birini yaxşı tanımır. Amma komanda yoldaşlarımla birlik göstərib meydandandan 3 xalla ayrıla bildik. Zaman keçdikcə daha yaxşı komanda olacağıq.

- Uğurlu startdan sonra bombardirlik barədə düşünürsənmi?

- Bəli, ilk oyunda qol hesabımı aça bildim. Bundan məmnunam. Yoldaşlarımın dəstəyilə fərqləndim. İnanıram ki, növbəti qarşılaşmalarda da davamı gələcək. Və həmin qollar "Baku Sportinq"i arzuladığı yerlərə aparacaq.

- "Baku Sportinq"lə bu mövsüm hədəfin nədir?

- Birinci liqada məqsədimizin çempionluq olduğunu indidən demək olmaz. Elman müəllim yaxşı komanda formalaşdırıb. Çalışacağıq onun ümidlərini doğruldaq. Gözləntim ondan ibarətdir ki, sonda ilk üçlükdə qərar tuta bilərik. Şəxsi fikrim təbii ki, çempion olmaqdır. İnşallah, sonda da belə olar.

- Bu gün sənin timsalında çox sayda əcnəbi futbolçu Birinci Liqada forma geyinir. Bu məqam səviyyəni qaldırmağa kömək edəcəkmi?

- Səmimi deyim ki, özümü əcnəbi saymıram. Hər zaman özümü bir azərbaycanlı kimi aparmışam. Azərbaycanı çox sevirəm. Öz ölkəm bilirəm. Təbii ki, yaxşı əcnəbilərin gəlməsində fayda var. Düşünürəm ki, müsbət təkan olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti