COP29

“Artıq Azərbaycanda mənə ehtiyac yoxdur” - Bundesliqada çalışan məşqçi

17 Sentyabr 01:50 Müsahibə 2 494
“Artıq Azərbaycanda mənə ehtiyac yoxdur” - Bundesliqada çalışan məşqçi

Sportinfo.az xəbər verir ki, Almaniya Bundesliqasında yarışan “Haydenheym”də köməkçi məşqçi kimi çalışan Bernard Raab sportal.az-a müsahibə verib.

“Sumqayıt”ın sabiq çalışdırıcısı, tarixdə klubun ilk əcnəbi klubun məşqçisi yadda qalan almaniyalı mütəxəssis hazırkı işindən, Azərbaycan futbolundan və “kimyaçılar”ı izləyib-izləməsindən danışıb.

"Qarabağ" Azərbaycanın son onillikdə ən güclü komandasıdır, "Bayer"ə güclü rəqib olması mənim üçün sürpriz deyildi"

- “Haydenhaym”da işiniz necə gedir? Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandınız...

- “Haydenhyam”da işlərim əla keçir. Bəli, Konfrans Liqasına vəsiqə qazanmışıq. 2023/2024 sezonunu çox uğurlu keçirmişdik. Bu mövsüm də rəqabətli sezon olacağı dəqiqdir.

- Komandanız İkinci Bundesliqada yarışdıqdan sonra Almaniya Bundesliqasına yüksəlməyi bacardı və avrokuboklara da vəsiqə qazandı. Bundan sonra hədəf nədən ibarətdir?

- Bundesliqada birinci liqaya yüksəlmək şansını əldə etmək üçün bizə 9 il lazım oldu. Bundan sonra məqsəd birinci Bundesliqada qalmaq və UEFA Konfrans Liqasında rəqabətə davamlı olmaqdır. Beynəlxalq matçlar bizi öyrənməyə və daha qısa müddətdə komanda kimi inkişaf etməyə vadar edəcək. Ancaq biz çox diqqətli olmalıyıq və qarşıdakı bütün matçlara, üç turnir daxil olmaqla, çoxlu həftələrlə fiziki yükə cəmləşməliyik.

- Avrokuboklardan söz düşmüşkən, ötən mövsüm “Qarabağ” və “Bayer” komandalarının Avropa Liqasındakı oyunlarını izlədiz?Sizin üçün təəccüblü olmadı ki, Azərbaycan təmsilçisinin “Bayer” kimi komandaya bu qədər güc göstərməsi?

- “Qarabağ” və “Bayer”in hər iki matçına baxmışdım. Hər iki qarşılaşma gərgin keçdi və “Qarabağ” çox yaxşı görünürdü. “Qarabağ” Azərbaycanın son onillikdə ən güclü komandasıdır və onların “Bayer” üçün güclü rəqib olması mənim üçün sürpriz deyildi. Onlar yaxşı inkişaf etdirdilər və bir dəfə Çempionlar Liqasının qrup mərhələsində oynadılar.

"Azərbaycana qayıtmaq və bir neçə dostla yenidən görüşmək yaxşı olardı"

- Azərbaycan futbolunu və “Sumqayıt”ı izləyirsiz?“Sumqayıt” da avrokuboklarda iştirak edirdi...

- Mən hələ də oyun günlərinin xülasəsini izləyirəm və ümid edirdim ki, “Sumqayıt” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə keçəcək.

- Yeri gəlmişkən, “Haydenheym”in heyətində Azərbaycana gələ bilərdiniz. Avrokuboklarda Azərbaycan klubu ilə düşə bilərdiniz, alınmadı. Uzun illərdən sonra Azərbaycana qayıtmaq istərdinizmi?

- Çox ümid edirdim ki, “Sumqayıt” və ya “Zirə” ilə oynayacağıq. Azərbaycana qayıtmaq və bir neçə dostla yenidən görüşmək yaxşı olardı. Amma olmadı.

- Azərbaycan klublarından təklif almısız? Yenidən Azərbaycanda işləmək istəyirsiz?

- Azərbaycan klublarından heç bir təklifim olmayıb. Amma futbolda gələcəkdə nə olacağını heç vaxt bilmirsən. “Haydenheym”lə müqaviləm 2027-ci ilə qədərdir.

- "Sumqayıt”ın baş məşqçisi Samir Abasovdur. Onu xatırlayırsız? Sizin rəhbərliyiniz altında kapitan kimi oynayırdı...

- Bəli, Samir Abasov “Sumqayıt”da komandamızın kapitanı idi. O, böyük futbolçu, əsl lider və komandadakı gənc oyunçular üçün nümunə idi. Özünüz də, bilirsiz bizdə gənclər çox idi. Onun “Sumqayıt”a baş məşqçilik etməsinə şadam. Samirə və kluba uğurlar arzulayıram.

- Azərbaycan futbolu üçün nə dərəcədə yaxşı işlər gördüyünüzü düşünürsüz? Sizcə, Azərbaycan futbolu üçün nə etmisiz?

- Ümid edirəm ki, futbolu inkişaf etdirmək, bir neçə gənc futbolçunun və yeni başlayan məşqçilərin də yetişməsində iştirak etmək üçün düzgün struktur təklif irəli sürməyi bacardım. Vaxtı ilə komandamızda oynamış Bədəvi Hüseynov hələ də "Qarabağ"da oynayır. 2011-2013-cü illərdəki şərtlər asan deyildi və mənim üçün çox rəqabətli, lakin maraqlı vaxt idi ki, bu da məni məşqçi kimi yetişdirdi.

- Bir vaxtlar Azərbaycan millisini Berti Foqts çalışdırırdı. Siz də Azərbaycana həmin vaxtda gəlmişdiniz. Foqts Azərbaycan millisinə nəsə qazandırdı?Onunla və ya Bernard Lippertlə heç görüşürsüz?

- Berti Foqts o dövrdə uğurlu və təcrübəli məşqçi idi. Gənc futbol ölkələri üçün milli komandaları ən yüksək səviyyədə oynayan və çalışdıran mütəxəssislərin olması çox faydalıdır. Amma eyni şəkildə gənclərdən ibarət milli komandaların, həmçinin AFFA-nın strukturu və inkişafı da çox vacib idi. Bernhard Lippert əsasları müəyyənləşdirməyə kömək etdi, məşqçilər hazırladı və U-21-i çalışdırdı. Nəhayət, çox yaxşı bir iş gördü. Bütün milli məşqçilər güclü milli futbol liqasından və milli oyunçuların fərdi keyfiyyətindən asılıdır. Gələcəkdə bu keyfiyyəti artıraraq müvəffəqiyyətli olmaq üçün əsas məqsəd budur. Premyer liqanın məşqçiləri Dubaydakı hazırlıq dövründə bir həftəlik milli komandaya qoşuldular və orada Berti Foqtsla tanış oldum. Bir neçə dəfə “Sumqayıt”ın matçlarına baxdığından bir az söhbətimiz oldu. Bernard Lippertlə daha çox görüşürdük, söhbətləşirdik. Çünki biz Bakıda yaxınlıqda yaşayırdıq.

- “Sumqayıt”ı yenidən çalışdırmağı xəyal edirsiz?

- Samir Abbasovla "Sumqayıt" əmin əllərdədir. Artıq mənə ehtiyac yoxdur. Sumqayıtda, Bakıda və Azərbaycanda yaşayan bütün insanlara ən yaxşı hadisələri arzulayıram.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!