COP29

“1 milyon avroya yaxın pul alacaqdım” - Yataqda olan şəxs hər şeyi “Sportinfo”ya danışdı

13 Sentyabr 19:40 Müsahibə 2 683
“1 milyon avroya yaxın pul alacaqdım” - Yataqda olan şəxs hər şeyi “Sportinfo”ya danışdı

Oxuyacağınız müsahibəni indi yox, bir neçə ay əvvəl ixtiyarınıza verməliydim.

Sadəcə, səhhətində qəfil baş qaldıran problemlər, ardınca müalicə və bərpalar vaxtımızın böyük hissəsini aldı.

Vadim Vasilyev artıq xeyli vaxtdır spirtli içkilərdən uzaqdır. Müalicəsini ev şəraitində davam etdirir, həkimlərin məsləhətlərini yerinə yetirir.

Söhbətimiz millinin İsveç və Slovakiyaya məğlubiyyətlərindən sonraya təsadüf etdiyindən, Azərbaycan yığmasının sabiq hücumçusu ilə müsahibənin əsas hissəsini məhz bu mövzuya həsr etdik.

(əvvəli ötən yazıda) - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/203374.html

- Ətrafında səni yoldan çıxaran şəxslər yox idi?

- Nə etmişəmsə, özüm etmişəm. Kiminsə üstünə atmaq lazım deyil.

- Futbol oynadığın dönəmdə içki içib, siqaret çəkirdin?

- Mən heç indi də içib, çəkmirəm ki (gülür).

- İndi məlum məsələyə görədir, müalicə alırsan. Eşitdiyimə görə, oynadığım dövrdə spirtli içkiylə aran yaxşı olub.

- Onu deyənlər ağ edir. İçki içib, siqaret çəkib, sonra da 90 dəqiqə qaçmaq asandır məgər?

- Futbolçu var idi, günə yarım qutu siqaret çəkib, 90 dəqiqə qaçırdı və ən yaxşılardan olurdu.

- İnanmaram. Məndə elə olmayıb.

- Öz dövründə ən yaxşı qazanan 10 futbolçudan biri olmusan. Razısan bu fikirlə?

- Neçənci olduğumu deyə bilmərəm. Ancaq bəli, yaxşı müqavilələr bağlamışdım. “Neftçi”, “Qarabağ”, “Bakı” – o vaxt üçün yaxşı pullar idi. Almaniya variantı alınsaydı, dəhşət olardı.

- “Union Berlin”?

- Hə də. Getmişdim axı. 3 gündən sonra müqavilə bağlamağa hazırlaşırdım.

- Həqiqətən zədə problemi olmuşdu?

- 100 faiz. Məşqə başlayanda isinmə hərəkətləri edirdim, dizimdən bir ağrı qopdu ki. Çökdüm aşağı. Dayandığım yerdə zədə aldım və Bakıya qayıtdım. Halbuki hər şeyi danışmışdıq, razılaşmışdıq.

- 2000-ci il idi?

- İl dəqiq yadımda deyil. Onu bilirəm ki, Slovakiya ilə oyundan sonra idi. 1:3 uduzduğumuz matç var idi, penalti qazanmışdım. Elə orada görüb bəyənmişdilər (2011-ci ilin martın 28-də Trnavada baş tutan DÇ-2002-nin seçmə mərhələ oyunu).

- Yadındadır o günlər?

- Əlbəttə. Oyundan sonra zəng eləmişdilər, mənim də “Neftçi”ylə müqaviləm var idi. Dedim, gəlin klubumla danışın. Bakıya gəldilər, rəhbərliklə görüşüb razılaşdılar, ondan sonra mən Berlinə getdim.

- Neçəyə razılaşmışdınız?

- Kluba nə qədər təklif etdiklərini bilmirəm. Öz aralarında danışmışdılar. Mən ilə 1 milyon avroya yaxın maaş alacaqdım.

- 1 il üçün?

- Bəs nə?

- Ən yaxşı qazananlardan idin. O qədər pulu hara xərclədin?

- Maşın aldım, mənzillər aldım, ailə, uşaq, qayğılar.

- Hanı o evlər?

- Ev indiyə qədər qalır. Bu dəqiqə həmin mənzildəyəm.

- Ailəndən ayrılandan sonra o biri ev xanımınla oğluna qalmışdı deyəsən.

- Hə, hə.

- Oğlun böyüyər indiyə.

- 21 yaşı var, oxuyur, işləyir.

- Danışır səninlə? Görüşürsüz?

- Bəs nə? Çox ağıllı uşaqdır, maşallah. Görüşürük hərdən. Öz biliyi ilə Ali Neft Akademiyasına daxil oldu, universiteti qırmızı diplomla bitirdi, indi də şirkətlərin birində işləyir.

- Nə əcəb sənin yolunu davam etdirmədi?

- O vaxt futbola yazdırmışdım, gedirdi. Boşanandan sonra anamla özləri həll etdilər. Oxumağa daha çox həvəsi var idi, nəinki futbola.

- Ananla münasibətin qaydasına düşüb?

- Anadır da. Xəstələnmişdim, nə haldaydım. O vəziyyətdə kim baxacaqdı mənə? Anamın yanındayam.

- Keçmiş futbolçu yoldaşlarından zəng edən, maraqlananlar olur?

- Sağ olsunlar, arada zəng edirlər. Baxma da, illərimiz bir yerdə keçib, o cür xatirələrimiz, maraqlı hadisələrimiz olub. Narazılığım yoxdur heç birindən.

- İçkiyə yaxın durmursan və durmayacağına əminəm.

- İçmək qəti olmaz. Bu xəstəlik zarafatı sevmir. Yaşamaq istəyirəmsə, spirtdən uzaq durmalıyam.

- Allah sənə yar və yardımçı olsun. Özünü və sağlamlığını qoru, gəncliyik illərimizin sevilən futbolçusu.

- Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Allah işlərinizi avand eləsin. Uğurlar!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə