COP29

“Onların yerində biz olsaydıq, eyni addımı atardıq” – SƏMİMİ ETİRAF

2 Sentyabr 23:00 Müsahibə 765
“Onların yerində biz olsaydıq, eyni addımı atardıq” – SƏMİMİ ETİRAF

“Səbail”in yarımmüdafiəçisi Gitay Sofir Sportinfo.az-a müsahibə verib.

İsraildən olan legionerkomandasının lider “Turan Tovuz”a 0:1 mıəğlub olduğu matçdan sonra sualları cavablandırıb.

- Məğlubiyyətin səbəbini nə ilə əlaqələndirə bilərsən?

- Oyuna yaxşı başlamadıq. Xüsusən ilk hissədə istədiklərimizi həyata keçirə bilmirdik. Rəqib cərimə meydançasında yol verdiyimiz səhvdən istifadə edib qol vurdu. İkinci hissədə oyunumuzu yaxşılaşdırıb qol imkanları yaxalasaq da, dəyərləndirə bilmədik. Məğlubiyyətdə bu amilin rolu oldu. Lazım olan qolu vursaydıq, vəziyyət dəyişəcəkdi.

- Bəzi komanda yoldaşların vaxt udmağa çalışan rəqib futbolçulara etiraz edirdi.

- Ola bilsin oyunun gərginliyindən yaranıb. Ancaq onları da başa düşmək lazımdır. İstənilən komanda hesabda öndə olanda nəticəni qorumağa çalışır. Onların yerində biz olsaydıq, eyni addımı atardıq. Futbolda görməyə alışdığımız haldır.

- “Səbail”in mövsümün yekunu üçün hədəfi nədir? Hansı hədəf uğrunda mübarizə aparırsınız?

- Məqsədimiz öz gücümüzə güvənərək hər oyuna qələbə niyyəti ilə çıxmaqdır. Düzgün yolda olduğumuzu düşünürəm. Bu cür davam etsək, yaxşı nəticələr olacaq. Mövsüm yeni başlayıb deyə, sonluq haqda nəsə demək çətindir. Biz ən yaxşısına ümid edirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti