COP29

"Vurduğum qoldan sonra komandamız oynamağı dayandırdı" - MÜSAHİBƏ

29 Avqust 23:20 Müsahibə 1 538
"Vurduğum qoldan sonra komandamız oynamağı dayandırdı" - MÜSAHİBƏ

"Sumqayıt"ın braziliyalı yarımmüdafiəçisi Fernando Da Silva Premyer Liqanın 4-cü turunda "Sabah" məğlubiyyət (1:3) haqda Sportinfo.az-a müsahibə verib.

- Məğlubiyyət barədə nələr deyə bilərsən?

- Oyuna yaxşı başladıq, qol vurduq və qoldan sonra komanda oynamağı dayandırdı. Harada səhv etdiyimizi nəzərdən keçirməli və bir daha o səhvlərə yol verməməliyik.

- Erkən qolun davamını gətirmək üçün nə çatmadı?

- Gözəl qol idi. İnanıram ki, bütün komanda yaxşı oynayanda təbii olaraq fərdi keyfiyyətlər ön plana çıxır, amma işlər yaxşı getməyəndə davam etmək çətindir, çünki biz komanda şəklində oynayırıq.

- Sənin də yer aldığın orta xətt 90 dəqiqə top saxlamaqda ciddi sıxıntı yaşadı. Rəqib mane olurdu, yoxsa siz formada deyilsiniz?

- Rəqibin çətin qol buraxacağını bilirdik. Çünki bura onların doğma meydanı idi. Biz də zəif çıxış etdik. Topa sahib olduğumuz zaman da yorğun olduğumuz üçün lazımi düzgün qərarları verə bilmirdik.

- Azərbaycan karyeranda ilk qolunu vurdun. Təəssüratların necədir?

- Azərbaycanda vurduğum ilk qolu görə sevinirəm. Bu, mənə daha çox inam verir. Lakin məğlubiyyətə görə kədərlənirəm. Ümid edirəm ki, daha çox qol vura biləcəyəm və komanda qalib gələcək. Ən vacib olanı budur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi