COP29

“Qarabağ”lı legionerin dostu: “Özümü “11-lik”də görürəm”

12 Avqust 21:20 Müsahibə 2 082
“Qarabağ”lı legionerin dostu: “Özümü “11-lik”də görürəm”

“Sumqayıt”ın futbolçusu Fernando Madeyros Sportinfo.az-a müsahibə verib.

Braziliyalı yarımmüdafiəçi “Turan Tovuz”a məğlubiyyəti şərh edib (0:1), digər mövzularla bağlı sualları cavablandırıb.

- Niyə məğlub oldunuz?

- Oyuna yaxşı başlamadıq. Daha doğrusu, istədiklərimizi həyata keçirə bilmirdik. Nəticədə qapımızda qol gördük. İkinci hissədə böyük üstünlük qazandıq, təhlükəli vəziyyətlər yaratdıq, lakin qol vurmaqda çətinlik çəkdik. Çempionat yeni başlayıb. Növbəti turlarda daha yaxşı olacağıq.

- Ehtiyat oyunçular skamyasında qalmağının səbəbi nə idi?

- Bu sualın cavabını bilmirəm.

- Özünü “11-lik”də görürsən?

- Əlbəttə. Hər bir futbolçunun arzusu ilk dəqiqələrdən meydanda olmaqdır. Qərarı baş məşqçi verir deyə, hörmətlə yanaşmağa borcluyam. Dediyim kimi, özümü “11-lik”də görürəm.

- Konfrans Liqasında və Premyer Liqada keçirdiyiniz 4 oyunda cəmi 1 qələbə qazanmısınız. Bu gedişlə “Sumqayıt”ı nə gözləyir?

- Komandada yeni futbolçular var. Ötənilki heyətlə müqayisədə dəyişikliklər edilib. Üstəlik, zədəli futbolçuların olması da işimizi çətinləşdirir. Oyun planında bərbad olduğumuzu düşünmürəm. Gördüyünüz kimi, bu gün ikinci yarıda böyük üstünlüyümüz var idi. “Fehervar”la evdəki oyunda azlıqda qalmışdıq, səfərdə də məğlub olmadıq. Belə qalmayacaq, zamanla hər şey yaxşı olacaq.

- Yeni ölkədə özünü necə hiss edirsən?

- Gördüklərim gözlədiyimdən də yaxşıdır. Bakıda yaşayıram və özümü xoşbəxt hiss etdiyimi deyə bilərəm.

- Digər komandalardakı braziliyalılarla münasibətin var? Birlikdə vaxt keçirirsiniz?

- “Qarabağ”dakı Mateus Silva ən yaxın dostumdur. “Turan Tovuz”dan ayrılan Brunao ilə də yaxşı münasibətim var. Lakin o, artıq burada deyil. Mateusla hər gün olmasa da, imkan daxilində görüşürük, restorana gedirik. Səmimi sözümdür, Azərbaycanda gördüklərim məni xoşbəxt edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM