COP29

“Bura çempionatda qalmaq üçün oynamağa gəlməmişəm” – İki nəfərin adını çəkdi

9 Avqust 19:00 Müsahibə 3 204
“Bura çempionatda qalmaq üçün oynamağa gəlməmişəm” – İki nəfərin adını çəkdi

“Səbail” Premyer Liqanın açılış turunda “Zirə” ilə bacarmadı.

Konfrans Liqasında inamlı çıxışla yadda qalan zirəlilər “dənizçiləri” böyük hesabla etdi – 4:1.

Bayıl təmsilçisinin müdafiəçisi Amir Bilali Sportinfo.az-a müsahibə verib.

- Nə gözləyirdiniz, nə baş verdi?

- İlk hissəni yaxşı oynamadıq və kobud səhvlərimiz nəticəsində 3 qol buraxdıq. İkinci yarıda edilən dəyişikliklərlə hesab arasındakı fərqi azaltsaq da, davamını gətirə bilmədik. İlk oyunda bu cür olması hardasa anlaşılandır. Müəyyən zamana ehtiyacımız var. Komandamız təzədən qurulub, yeni futbolçuların sayı çoxdur. Səhvlərimiz üzərində çalışmaqla nöqsanları aradan qaldırmalıyıq. İnşallah, daha yaxşı olacağıq.

- Azarkeşlər bu komandadan nə gözləsinlər?

- Azərbaycanda ilk müsahibəmdir. Fürsətdən istifadə edib demək istəyirəm ki, maksimumu etmək üçün əlimizdən gələni edəcəyik. Həm öz adımdan, həm də komanda yoldaşlarımın adından danışıram. İnanıram ki, ailə olaraq daha yaxşı nəticələrə imza atacağıq.

- Məqsəd Premyer Liqadakı mövqeyi qorumaqdır, yoxsa?

- Bura çempionatda qalmaq üçün mübarizə aparmağa gəlməmişəm. Daha yaxşı nəticə göstərmək üçün çalışacağıq. Yekunda nə olacağını çempionatın sonu göstərəcək.

- Azərbaycana gəlməmişdən əvvəl ölkəmiz və futbolumuz haqda hansı bilgilərə sahib idin?

- Vaxtilə “Qarabağ”da oynamış Muarem Muarem, həmçinin, “Qəbələ”nin formasını geyinmiş İsnik Alimi ilə yaxından tanışam. Onlarla söhbətdə ölkə və çempionat barədə yalnız xoş sözlər eşidirdim. Gəldiyim qısa müddət olsa da, dediklərinin həqiqət olduğunu görməkdəyəm. Azərbaycanda olmaqdan məmnunam. Qalır “Səbail”ə faydalı olmaq üçün ən yaxşısını etmək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM