COP29

“Sportinfo”ya ŞOK AÇIQLAMA VERDİ! “Azərbaycan pasportu nəyimə gərəkdir?”

8 Avqust 19:00 Müsahibə 2 550
“Sportinfo”ya ŞOK AÇIQLAMA VERDİ! “Azərbaycan pasportu nəyimə gərəkdir?”

“Zirə”nin futbolçusu Eldar Quliyev Sportinfo.az-a müsahibə verib.

“Səbail” üzərində 4:1 hesablı qələbəni dəyərləndirən yarımmüdafiəçi Azərbaycan vətəndaşlığı almaması ilə bağlı məqama maraqlı cavabla diqqət çəkib.

- Çətin avrokubok matçlarından, yorucu səfərlərdən sonra bu oyuna hazırlaşmaq üçün nə etmişdiniz?

- Premyer Liqanın ilk oyunu idi. Bilirdik ki, uğurlu davam üçün qələbə bizə çox vacibdir. Üzərimizə düşənləri yerinə yetirib lazım olan nəticəni əldə etdik. Qələbə qazanmağa köklənmişdik, başqa heç nə.

- İlk hissədə 3 qol vursanız da, ikinci yarı heç-heçə başa çatdı. Nə dəyişdi?

- Birinci 45 dəqiqədə meydanda dominantlıq edərək haqq etdiyimiz qolları vurduq. Fasilədə rəqibin heyətində böyük dəyişiklər oldu deyə, təzyiqi artırdılar. Biz isə lazım olan qolları vurmuşduq deyə, diqqətli və təmkinli olmağa çalışırdıq.

- Əsas heyətə düşməyinə nə mane olur? Günahı özündə görürsən, yoxsa?

- Baş məşqçi hər matçdan əvvəl heyəti müəyyənləşdirir və bununla bağlı qərar verir. Mən üzərimə düşəni edirəm.

- Mövcud durum səni narahat etmir? “Transfer pəncərəsi” bağlanana qədər “Zirə”dən ayrılmaq planlarına daxilıldir?

- Hələ ki, komandadayam. Elə bir söhbət yoxdur.

- Hələ də Azərbaycan pasportuna sahib deyilsən.

- Xeyr, belə bir fikrim də yoxdur.

- Azərbaycan millisində oynamaq üçün milli pasport mütləqdir axı.

- Mən Ukrayna yığmasında oynamaq istəyirəm. Azərbaycan pasportu nəyimə gərəkdir?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM