COP29

“Neftçi”dən nə gözləsinlər? – Əcnəbi bir-bir açıqladı

7 Avqust 22:20 Müsahibə 2 172
“Neftçi”dən nə gözləsinlər? – Əcnəbi bir-bir açıqladı

“Neftçi”nin legioneri Andre Şinyaşiki Sportinfo.az-a müsahibə verib.

Braziliyalı hücumçu komandasının Premyer Liqanın ilk turunda “Turan Tovuz”la qolsuz bərabərə qaldığı matç haqda sualları cavablandırıb.

- Bu nəticə planlarınıza daxil idi?

- Xeyr, qətiyyən! Bu cür meydanda oynamaq çətindir, hətta mümkünsüzdür deyərdim. Ancaq yenə də bacardığımızı etməyə çalışdıq. Qalib gələ bilməsək də, məğlub da olmadıq.

- 1 xala görə məysu deyilsən?

- Dediyim kimi, daha yaxşı ola bilərdi. 3 xal qazana bilməsək də, qarşıda oyunlarımız çoxdur. Hər matçda meydana qələbə qazanmaq üçün çıxırıq. Əvəzini çıxmağa çalışacağıq.

- Azarkeşlər bu “Neftçi”dən nə gözləsinlər?

- Mübariz, döyüşkən, futbol oynamağı sevən və yaxşı nəticələr qazanmağı hədəfləyən komanda görəcəklər. Yeni futbolçularımız var, oyun planında dəyişikliklər olub, bir az vaxt lazımdır.

- Baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra nə(lər) dəyişib?

- Bir ay, yaxud ayyarım ərzində böyük ölçüdə nələrinsə dəyişdiyini demək çətindir. Taktiki planda yenilikləri yəqin ki, gördünüz. Bu suala bir neçə aydan sonra cavab verə bilərəm. Çünki baş məşqçi hələ də yeniliklər edir, düşündüklərini həyata keçirməyə çalışır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM