COP29

"Təəssüf, millidə baş məşqçi kimi işə davam etməyim alınmadı" - MÜSAHİBƏ

4 Avqust 21:15 Müsahibə 2 848
"Təəssüf, millidə baş məşqçi kimi işə davam etməyim alınmadı" - MÜSAHİBƏ

Uzun müddət Azərbaycan millisində köməkçi məşqçi, son 4 rəsmi matçda isə baş məşqçi kimi çalışan Arif Əsədov Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq yığma komandadan ayrılmasına münasibət bildirib

- Millidən ayrılmağım Fernando Santuşun qərarıdır. Buna da hörmətlə yanaşıram.

- Sizcə, niyə belə qərar verilib?

- Baş məşqçi kimi millimizi meydana çıxardığım oyunları və məşqləri izləyib. Mənim son hesabatıma baxıb. Düşünüb ki, futbolçular məni baş məşqçi kimi qəbul edir. Belədə məşqçi kimi onun yanında qalmağımı yaxşı mənada doğru hesab etməyib.

- Buna görə incik deyilsiniz?

- Bu, onun mənə verdiyi dəyərdir. Buna görə təşəkkürümü bildirirəm. Qərara normal və peşəkar yanaşıram.

- Qalacağınızı gözləyirdiniz?

- Uzun müddətdir milli komandayam. Mənim üçün böyük təcrübə oldu. İstərdim ki, davamını yığmada baş məşqçi olaraq gətirim. Amma təəssüf ki, alınmadı. Lakin həyat davam edir.

- 4 oyunda baş məşqçi kimi çalışdınız. Sizcə, həmin oyunlar bunun üçün yetərli idimi?

- 4 oyunluq qısa müddətdə baş məşqçi əvəzi olaraq komandanı idarə etdim. Düşünürəm ki, heç də pis alınmadı. Az müddətdə öz fəlsəfəmi yeridə bildim. Göstərilən etimada görə AFFA-ya təşəkkür edirəm. Bundan sonra da federasiya ilə əməkdaşlığım davam edəcək.

- Bundan sonra sizi yenidən klub futbolunda görə bilərik?

- Klublardan gələcək təkliflərə açığam.

- Millidə olduğunuz dönəm klublarımızdan təklif almısınız?

- Bəli, təkliflər olub.

- Sirr deyilsə hansı klubumuz sizin xidmətinizdə maraqlı olub?

- Ad çəkmək istəmirəm. Lakim 2-3 real variantım olduğunu deyə bilərəm.

- Niyə işləməkdə maraqlı olmamsınız?

- Millidə olarkən bura mənim üçün birinci proritet idi. Artıq ayrıldığım üçün klub təkliflərinə də açığam. İstərdim ki, millidə qazandığım böyük təcrübəni məşqçilik karyeramda tətbiq edəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM