"Sumqayıt"ın kapitanı Elvin Bədəlov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Fehervar"a uduzduqları (1:2) qarşılma haqda Sportinfo.az-a müsahibə verib.
- Oyunu necə keçdi, necə şərh edərdin?
- Oyuna çox yaxşı başlamışdıq. Hər şey bizim nəzarətimizdə idi. Toplu-topsuz yaxşı çıxış edirdik. Təəssüf ki, hakim sona kimi belə davam etməyimizə imkan vermədi.
- Hakim qərarlarını hər kəs gördü. Bəs "Fehervar" sizi xüsusi nə iləsə təəccübləndirə bildi?
- Heç nə ilə təəccübləndirə bilmədi. Çünki hər şeyə hazır idik. Sadəcə belə görüşlərdə bu formada sarı vərəqə vermək olmaz.
- Qoldan sonra komanda müdafiəyə çox qapanda. Samir müəllim belə tapşırıq vermədiyini dedi. O dəqiqələrdə nə baş verdi? Təzyiq edib ikinci qolu vurmaq olmazdı?
- Deməzdim ki, tam arxaya qapandıq. Topsuz qalanda belə hər şey bizim nəzarətimizdə idi. Bəlkə, kənarda baxanda elə görünüb.
- Murad Xaçayev meydandan qovulanda nələr düşündünüz?
- Ona heç nə demədim. Hakim oyunu çox zəif idarə etdi. Bizə sona kimi dözmək qalırdı. Əlimizdən gələni etdik.
- Oyunun əvvəlində sənin və Muradın timsalında texniki səhvlər gördük. Bunlar nə ilə bağlıydı?
- Məncə, pis deyildik. Texniki səhvlər hər oyunda olur. Mövsümün əvvəlidir. İlk oyunlar olduğu üçün hələ tam formada deyilik.
XANOĞLAN İMANOV