COP29

“Bu, ötənilki komanda deyil” – “Zirə”nin legionerindən inamlı açıqlama

27 İyul 19:40 Müsahibə 735
“Bu, ötənilki komanda deyil” – “Zirə”nin legionerindən inamlı açıqlama

“Zirə”nin portuqaliyalı qapıçısı Tyaqo Silva Sportinfo.az-a müsahibə verib.

“DAC 1904”lə qarşılaşmada meydanda ən yaxşılardan olan portuqaliyalı qapıçı 4:0 hesabı ilə başa çatan oyunla bağlı sualları cavablandırıb.

- “Şerif” məğlubiyyətindən sonra toparlanıb parlaq qələbə qazanmaq üçün nə etdiniz?

- Həqiqətən ağır dönəm idi. Ovucumuzun içində olan qələbə əldən çıxmışdı və hamı məyus idi. Başa düşürdük ki, hislərə qapılmaqla heç nə edə bilməyəcəyik. Toparlanmalı, növbəti oyunlardakı mümkün qələbələrə köklənməliydik. Həftəboyu çalışdıq, verilən tapşırıqları yerinə yetirdik və bütün gücümüzü ortaya qoyduq. Hələ heç nə həll olunmayıb, daha çox çalışmaq lazımdır.

- Səmimi olsaq, oyundan əvvəl bu rəqibin qapısından 4 cavabsız top keçirəcəyinizi təsəvvür edirdin?

- “Zirə” hər ötən həftə, hər ötən ay artırır. Açıq deyim ki, bu, ötənilki komanda deyil. Kənardan baxanlar avrokuboklarda keçirdiyimiz üç matçda oyun planında nə qədər xoş təsir bağışladığımızı görürlər. Bilirdim ki, bu gedişlıə yaxşı nəticələr qazanacağıq. Amma vuracağımız qolların sayı haqda düşünməmişdim deyə, sualınıza dəqiq cavab verə bilməyəcəyəm.

- Rəqibin oyunu alınmadı, yoxsa siz onlara imkan vermədiniz?

- Təbii ki, bizdən asılı olan səbəbdən istədiklərini edə biilmədilər. Halbuki, kifayət qədər inamlı və hərəkətli görünürdülər, qol vurmaq istəyirdilər. Oyunlarına baxmışdıq və onlara qarşı nə etmək lazım gəldiyini bilirdik. Daha çox hərəkət etməklə və rəqibi təzyiq altında saxlamaqla istəyimizə çatdığımızı düşünürəm. Bir az “boşalsaydıq”, bəlkə də oyunun gedişatı dəyişərdi. Lakin son saniyəyə qədər diqqəti əldən vermədik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?