"Sabah" Konfrans Liqasına qələbə ilə start verdi.
Komandamız yarışın ikinci mərhələsində İsrailin güclü "Makkabi" (Hayfa) klubunu səfərdə 3:0 məğlub etməyi bacardı.
Qarşılaşmada vurulan ikinci qolun müəllifi olan Cesse Sekidika Sportinfo.az-a müsahibə verib.
- Güclü rəqiblə oyundan möhtəşəm qələbə ilə ayrılmağı necə bacardınız?
- Bu oyun komanda işinin və əzmkarlığının fantastik nümayişi idi. Oyun planımızı səmərəli şəkildə həyata keçirdik, tempə nəzarət etdik və imkanlarımızdan yaxşı istifadə etdik.
- Püşkdən sonra klublarımız üçün ən qorxulu rəqib "Makkabi" hesab edilirdi. Bu baxımdan "Sabah"a şans tanıyanlar demək olar çox az idi. Bu məqam sizin motivasiyanıza mənfi təsir edirdimi?
- Rəqibin güclü olduğunun fərqində idik. Lakin öz gücümüzə də inanırdıq. Bu inam sonda bu cür qələbə qazanmağımıza səbəb oldu
- Maraqlıdır, meydanda əyani gördüyünüz rəqib cavab oyununda bu fərqi aradan qaldıra bilərmi?
- Cavab oyunu daha çətin olacaq. İlk oyunda yaxşı üstünlük əldə etdik. Lakin bundan arxayınlaşmamalıyıq. Öz oyun planımıza sadiq qalmalı və sona kimi mübarizə aparmalıyıq.
- Yeni transfer bu oyunda meydanda oldu. Yeni yoldaşların barədə düşüncələrin necədir...
- Yenilər komandaya tam uyğunlaşıblar. "Sabah"da mehriban kollektiv var. Buna görə yeni gələnlər komandaya uyğunlaşmaqda çətinlik çəkmirlər.
- Belə güclü rəqiblə oyundakı bu cür uğurlu startdan sonra azarkeşlər "Sabah"dan qrup mərhələsinə düşməyi gözləyə bilərmi?
- Biz hələ ki, yalnız "Makkabi" ilə cavab oyununa köklənmişik. Əlbəttə, mümkün qədər irəli getmək istəyirik. Hədəfimiz, istəyimiz budur.
XANOĞLAN İMANOV