COP29

ŞOK MÜSAHİBƏ! “İşsiz qalaram, amma dəvət etsələr də, orada işləmərəm”

22 İyun 22:40 Müsahibə 4 080
ŞOK MÜSAHİBƏ! “İşsiz qalaram, amma dəvət etsələr də, orada işləmərəm”

Ötənlərin məşhur futbolçusu Vidadi Rzayev Sportinfo.az-a müsahibə verib.

Bir ildir işsiz olan mütəxəssis hazırkı durumundan, “Kəpəz”dən ayrılmasından, millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatından söz açıb.

- Necəsiz? Neynirsiz?

- Salamatlıqdır şükür. Başımızı qatırıq yavaş-yavaş.

- Nə ilə?

- Kənd həyatıdır da. Həyətdə işləyirəm, lazım olan işləri görürəm.

- Futbolsuz qalmaq yormur sizi?

- Allah canımıza dəyməsin, qalan şeylər düzələcək. Yoran heç nə yoxdur. Allah hərəmizə bir ömür verib. Onu da nə vaxtsa başa vuracağıq.

- İşıq yeri görünür?

- Hələ ki, elə bir yer yoxdur. Nə soruşan var, nə maraqlanan. Allah hamıya can sağlığı versin. Əsas canımız sağlam olsun.

- Nə əcəb “Kəpəz”ə yaxın getmirsiz?

- Ola bir sual verim?

- Buyurun.

- Qarşınızda iki taxta, 10 ədəd mismar var. 10 mismardan 9-u əyridir, 1-i düz. Taxtanı taxtaya vurmaq üçün mismarlardan hansını istifadə edərsiz?

- Düz olanı.

- Ay sağ ol. Deməli, çəkic həmişə düzün başındadır. Ona görə də heç kim mənimlə işləmək istəmir. Tək mənimlə yox, düzgünlüyün tərəfində olan adamlarla. O vaxt yazdılar ki, Tərlan Əhmədov pul yığır, Əfran İsmayılov çıxıb verilişdə danışdı. Onların hamısı cəfəngiyyat idi.

- Tərlan Əhmədovun özü də verilişdə nə gəldi danışır. Ona kim iş verər?

- Başa düşürəm. Sözün düzünü danışan adam üçün deyirlər ki, olanı danışandı, bunu götürmək məsləhət deyil. Danışmayanda da futbolumuz gəlib bu günə düşür.

- Tərlan Əhmədovdan sonra “Kəpəz”i Azər Məmmədovla Adil Şükürov çalışdırdı. Onlar nə əcəb xidmətinizdə maraqlı olmadılar?

- Hər məşqçinin öz köməkçiləri var Gedib deyə bilmərəm ki, onu götürmə, məni götür. Elə olmur axı. Azər öz köməkçiləri ilə gəlmişdi, onlarla da getdi Adil də işlədiyi məşqçilərlə gəldi, əziyyət çəkib komandanı Premyer Liqada saxladı. İndi mətbutdan oxuyuram ki, klubda maliyyə problemi var, necə olacağı bilinmir. İnanırsız, heç maraqlanmıram da.

- “Kəpəz”ə niyə yaxın durmaq istəyən sponsor yoxdur?

- 9 klubun sponsoru var, bir “Kəpəz”in yoxdur. İşin içində deyiləm deyə bilmirəm. Neçə vaxtdır “sabah sponsor gəlir” eşidirəm, amma ortada bir şey yoxdur. İlqar Nadiri deyir, sponsor gəlsə qapımız, pəncərəmiz açıqdır, amma gələn yoxdur.

- Əsas komandanı başa düşdük, akademiyada da sizə iş yoxdur?

- Dəvət etsələr də, orada işləmərəm.

- Niyə?

- Bəzi səbəblər var. İşsiz qalaram, “Kəpəz”də işləmərəm. Nə akademiyada, nə də əsas komandada.

- İlqar Nadiriyə görə?

- Bəli.

- Millinin yeni baş məşqçisi Fernandu Santuş oldu. Təəccübləndiniz?

- İndiyə qədər millimizdə Santuşdan da titullu məşqçilər işləyib. Karlos Alberto Torres futbolçu kimi dünya çempionu olmuşdu, Berti Fotqs məşqçi kimi Almaniyanı Avropa çempionu etmişdi, Robert Prosineçki “Real”, “Barselona” kimi komandalarda oynamışdı, Canni de Byazi Albaniyanı Avropa çempionatına aparmışdı. Hər birinin özünə görə böyük təcrübəsi vardı. Ancaq hansı biri Azərbaycan yığmasına nəticə qazandırmışdı?

- Heç biri.

- Mənə görə Santuşun gəlişi yersizdir. O vaxt Foqts gələndə demişdim ki, güclü məşqçidir, amma Azərbaycan üçün deyil. Santuş gəlib, başa düşdüm. Öz aramızdır, Portuqaliya millisi hara, biz hara? Yığmada potensiallı futbolçular yoxdursa, kimin gəlməsinin xeyri yoxdur. Hansısa strategiyaya söykənib uşaq futbolunu inkişaf etdirmək lazımdır ki, nə vaxtsa adlı-sanlı məşqçi dəvət edəsən. Sonuncu dəfə millilərimiz elit raunda nıə vaxt vəsiqə qazanıb? Bir dəfə U-17 düşüb, bir dəfə də U-19. O da 8 il əvvəl.

- Santuşun yerinə kimi cəlb etmək olardı?

- Gənc, enerjili, uğura gözü ac, amma işləmək istəyən ola, gəlib Azərbaycan futbolunda ciddi işlər görə. Söhbət təkcə əsas millidən getmir, ümumi futbol təsərrüfatında. İsgəndər Cavadovun çıxıb “futbolu mən bu günə qoymamışam” deməsi AFFA-nın əvvəlki rəhbərliyinin necə işlədiyini göstərir. İndiki rəhbərlik yeni gəlib, heç olmasa bunlar doğru qərarlar qəbul etsinlər.

- Arif Əsədovu saxlaya bilərdilər hər halda.

- Mənim üçün adın fərqi yoxdur. Onsuz da, bu gün məqsədimiz nəticə qazanmaq deyil. İstəsək də, mümkün olmayacaq. Ona görə də yerli məşqçilərdən birini təyin etmək olardı. Özümüzdə o qədər savadlı məşqçilər var ki.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?