COP29

1:7 uduzan komandai "Qarabağ"ın önünə hansı motivasiya ilə çıxacaq?

8 Fevral 17:20 Müsahibə 581
1:7 uduzan komandai "Qarabağ"ın önünə hansı motivasiya ilə çıxacaq?

“Sabah”ın yarımmüdafiəçisi Jarl Marqarita Premyer Liqanın 21-ci turunun “Turan Tovuz”la bərabərə bitən (1:1) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Zədədən sonra ilk dəfə əsas heyətdə meydana çıxdın. Çıxışından razı qaldın?

- Çıxışıma bir yox, mövsüm ərzində sərgilədiyim oyunla qiymət verəsi olsam yox, razı deyiləm. Düzdü, bundan uzun müddət zədəli olmağımın da böyük rolu oldu. Fikrimcə, komandaya daha artığını verə bilərəm. Bunun üçün daim çalışıram.

- Ötən tur qələbə qazandınız, amma bu tur yenə xal itkisi yaşandı. Stabil çıxış etməyinizə mane olan nədir?

- Çempionatda hər bir komanda digərindən xal almaq iqtidarındadır. Buna başqa oyunlarda da dəfələrlə şahidi olmuşuq. “Turan Tovuz”la oyunda qalib gəlmək istəyirdik. Bunun üçün meydana çıxmışdıq. Oyuna pis başladıq. Lakin sonradan toparlanıb bərbərlik qolunu vura bildik. Təəssüf ki, qələbə qolunu vura bilmədik.

- Uzun müddət idi komandanın başında idi. "Turan"la oyuna az müddət qalmış getmək qərarı verdi. Onsuz meydana çıxmaq çətin deyildi?

- Heyətdəki hər bir futbolçu peşəkardır. Bu oyunların bizim üçün nə qədər vacib olduğunu bilir. Ona görə nə hiss etməyimizdən asılı olmayaraq məşqlərdə maksimumuzu ortaya qoyur və meydanda hazırkı situasiyanı öz xeyrimizə dəyişmək üçün əlimizdən gələni edirik.

- Qarşıdan "Qarabağ"la kubok matçı gəlir. İlk oyunda 1:7 uduzan komandanı cavab görüşünə nə motivasiya edə bilər?

- Bu cür oyunlara hazırlaşmaq üçün xüsusi motivasiyaya ehtiyac yoxdur. Bayaq da dediyim kimi, komandada hər bir futbolçu peşəkardır. İstənilən matçda meydana çıxıb sona kimi mübarizə aparmalıyıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti