"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli "Sumqayıt"la bərabərə (0:0) qaldıqları matç haqda Sportinfo.az-a müsahibə verib.
- Matç haqqında düşüncələrin necədir?
- "Sumqayıt" yaxşı komandadır. Ötən tur "Neftçi"ni məğlub etmişdilər. Çətin keçəcəyin bilirdik. İlk hissə hər iki komandanın fürsətləri oldu. Amma yararlana bilmədik. Qələbə üçün meydana çıxmışdıq. Təssüf ki, bir xal qazandıq.
- Özünün də qeyd etdiyi kimi ilk hissə qol fürsətləri bol oldu. İkinci yarıda isə bunu görə bilmədik. Fərqli hissələr görməyimizə səbəb nə idi?
- Açığı, güclü külək vardı. İkinci yarı bir az da sürətləndi və oynamağa mane olurdu.
- Kənardan isə sanki hər iki tərəf də bir xala razılaşmışdı kimi görünürdü...
- Yox, 1 xal üçün mübarizə aparmırdıq. Məqsədimiz qələbə qazanmaq idi. Amma belə alındı ki, 1 xal əldə etdik. Xallarımızın sayı artdı. Uzun marafondur. Lazımlı xal qazandıq.
- Nisbətən münasib rəqiblə görüşdə qələbə olmadığı üçün məyusluq oldumu?
- Bəli, məyusluq oldu. Lakin qarşıda bu komanda ilə daha iki oyunumuz var. Çempionat bundan sonra daha maraqlı olacaq.
XANOĞLAN İMANOV