COP29

“Klubun rəhbəri mənə zəng edib dedi ki...”

22 Sentyabr 2023 23:40 Müsahibə 869
“Klubun rəhbəri mənə zəng edib dedi ki...”

Azərbaycanın minifutbol komandası “Zəngəzur” Bolqarıstanda təşkil edilən Avropa Kubokunda çıxışın başa vuraraq vətənə qayıdıb.

Komandamız yarımfinalda mübarizəni dayandırıb, 3-cü yer uğrunda görüşdə də məğlub olunca yarışı 4-cü pillədə bitirməyə məcbur olub.

İlk dəfə avrokuboklarda ölkəmizi təmsil edən təmsilmizin düşərgəsində Sofiyaya yollananlar arasında Azərbaycan millisinin sabiq üzvü, "Qarabağ", "Bakı", "Xəzər Lənkəran" kimi klublarda çıxış etmiş Əfran İsmayılov da yer almışdı.

Tanınmış sima ilə söhbətimiz də məhz kluba gəlişi, yarışda iştirakı ilə başladı.

- Əfran, maraqlıdır minifutbolda oynamaq fürsətin necə baş tutdu?

- Şahin müəllimə (klubun rəhbəri) təşəkkür edirəm. Mənə zəng edib bildirdi ki, bizi kömək etməyini istəyirəm. Mən də təklifi isti qarşıladım. Hər cür şərait yaratdı, dəstək göstərdi.

- Və debütün avrokuboklara təsadüf etdi. Təəssüratların necədir?

- Yüksək səviyyədə turnir təşkil olunmuşdu. Öz adıma sevinirəm ki, belə bir turnirdə iştirakçı oldum. Çox yarışlar görmüşəm, amma bu daha fərqli idi.

- Nə mənada?

- Çünki 5-5, 6-6 formatında olan yarışlar çətin olur. İlk dəfə çıxış edirdim. Cəmi 2-3 məşq etmişdik. Həm komandaları yaxşı tanımırdıq. İlk dəfə idi gəlirdik. Çox maraqlı oldu.

- Layiqli mübarizə apardınız. Sonda medal qazanmağa nə mane oldu?

- Əsas səbəb təcrübəsizlik idi. Digər tərəfdən hər gün səhər-axşam oyunların keçirilməsi şəxsən mənim üçün ağır idi. Bütün bunlar nəticələrə təsir edir. Yorğunçuluq çox olurdu. Bu şeyləri nəzərə alanda düşünürsən ki, ilk il üçün yaxşı nəticədir. Gələcəkdə çempion ola bilərik.

- Deməli, davam etməkdə qərarlısan...

- Bəli. Belə insanları, komandanı tanımağa şad oldum. Federasiya rəsmiləri Orxana, Vusala təşəkkür edirəm. Həqiqətən, hər cür dəstəyi hiss etdim. Futbolçuları tanımırdım, burda tanıdım. Çox keyfiyyətli, xarakterli uşaqlardı. Sevindirici haldır. İnanıram ki, davamlı olacaq. Ümumiyyətlə, xoşladığım futbol növü olduğu üçün çox həvəsli gəlmişdim. Yarımfinalda, ardınca üçüncü yer uğurunda matçda uduzduq. Böyük bir təcrübə oldu.

- Premyer Liqada mübarizənin gərgin getdiyi vaxtda çalışdığın "Araz Naxçıvan"dan uzaq olduğun üçün narazılıq olmadı?

- Xeyr. Əksinə "Araz Naxçıvan" rəhbərliyinə təşəkkürümü bildirirəm. Zaur müəllim, Azər müəllim bildirdi ki, əgər Zəngəzurun, Azərbaycanın adı varsa, rahat gedə bilərsən.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti