COP29

Abdullah Zubir “Sportinfo”ya dedi ki... MÜSAHİBƏ

18 Sentyabr 2023 23:00 Müsahibə 1 122
Abdullah Zubir “Sportinfo”ya dedi ki... MÜSAHİBƏ

"Qarabağ" Premyer Liqanın 6-cı turunu "Sabah" üzərində inamlı qələbə ilə (2:0) başa vurdu.

Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir Sportinfo.az-a müsahibə verib.

- "Sabah"la matçda qələbə qazandınız. Oyunu necə şərh edəcəksən?

- Yaxşı rəqibə qarşı, yaxşı qələbə qazandıq. Bu, heç də asan oyun olmadı. Çünki "Sabah" yaxşı komandadır. Kompakt oynayırdılar. Belədə, şans yaratmaq çox olmurdu. Ancaq biz qol epizodları yaratdıq. İlk qolu vurduq, ardınca ikinci qolumuzu vurub qalib gəldik. "Sabah"la matçda qalib gəldiyimizə görə şadıq.

- 15 günlük fasilədən yaxşı istifadə etdiyinizi demək olar?

- Bəli, bəli. Bu ərəfədə biz Bakıda idik. Çox yaxşı işlədik. Çempionat bizim üçün vacibdir. Həm də, artıq Avropa Liqasının qrup matçları da artıq başlayır. Bu mənada, hazırlıq vacib idi. Həm yaxşı formada olmaq, həm də özgüvənli olmaq üçün qalib gəlməliydik. Bunu qazandığımız üçün şadam.

- "Səbail"lə görüşdə uduzmuşdunuz, ondan əvvəl də xal itkiləri var idi. "Sabah"a qalib gələrək psixoloji və mental olaraq işləri qaydasına saldığınızı düşünürsən?

- Elədir. Çempionatda bir neçə xallar itirdik. Amma hamısı yaxşı komandalar idi, yaxşı oynayırdılar. "Sabah"la matçda qalib gəldik. Bu qələbə bizim üçün yaxşı olacaq.

- Tez-tez Azərbaycan millisinə cəlb olunacağın deyilir. Bu məsələyə münasibətin necədir?

- Mən azərbaycanlı deyiləm. Fransadan olan mərakeşliyəm. İndi ancaq "Qarabağ"a fokuslanmışam.

- Azərbaycan millisindən təklif gəlsə, necə?

- Bilmirəm. Görərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti