Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Sportinfo.az-a müsahibə verib.
İtaliyalı mütəxəssis iki gün sonra keçiriləcək Azərbaycan kubokunun “Neftçi” – “Qəbələ” finalı haqqında danışıb.
- Qarşıdan futbol mövsümünün son matçı gəlir. Gözləntiləriniz nədir?
- Balanslı final olacaq. Hər iki komanda da yaxşı keyfiyyətə malikdir. Kim fiziki olaraq daha yaxşı olacaqsa üstün tərəf o olacaq.
- Favoritiniz hansı komandadır?
- Final görüşüdür. Belə oyunlarda favorit olmur.
- Mövsümün sonudur. Bura qədər hər iki komandanı yaxından izləmisiniz. Ona əsasən şanslı tərəf kimi hesab edirsiniz?
- İki fərqli komandadır. "Qəbələ" klubu çox xoşuma gəlir. Ötən ildən izləyirəm. Çünki hər zaman yaxşı futbolla yadda qalırlar. "Neftçi" isə bəzən çox eniş yaşayır. Zəif klublarla heç-heçə edir. Bəzən də çox yaxşı oyun göstərir. Amma finalda bu şeylərə baxmaq olmaz.
- "Qarabağ" və "Sabah" kimi güclü komandalar olduğu halda, finalda "Neftçi" və "Qəbələ"nin olması surpriz olmadı?
- Futbolun gözəlliyi budur. Düzdür, "Qarabağ" və "Sabah" indi ən güclü klublardır. Amma futbolda surprizlər hər zaman olur.
XANOĞLAN İMANOV