COP29

Andrey Kançelskis Qurban Qurbanov barədə: “Mən bunu desəm...”

20 Avqust 2022 20:00 Müsahibə 5 382
Andrey Kançelskis Qurban Qurbanov barədə: “Mən bunu desəm...”

Vaxtilə “Mançester Yunayted”, “Everton”, “Mançester Siti”, “Reyncers” kimi komandaların formasını geyinmiş, bir neçə dəfə Azərbaycana səfər etmiş Andrey Kançelskis Sportinfo.az-a müsahibə verib.

- Necəsiniz? İşləriniz necə gedir?

- Yaxşıyam. Yaşayırıq, dəhşətli istilərdə nəfəs alırıq. Bu gün üçün yeganə narahatlıq havanın hədsiz isti olmasıdır. Bakıdakı qədər isti olmasa da, bizim üçün öyrəşmədiyimiz hərarət var. Həm də sizdə çimməyə dəniz var, bizdə sərinləmək üçün elə bir yer yoxdur. Qalan hər şey qaydasındadır.

- Məşqçilik karyeranızda nə kimi yeniliklər var?

- Hələ ki, yenilik yoxdur. “Novbahor”dan ayrılandan sonra işsizəm. Arada bəzi variantlar olur, amma iş xatirinə işləmək istəmirəm. Gərək fikirlərimiz, istəklərimiz üst-üstə düşsün. Yəqin ki, maraqlı variant tapılar.

- Əvvəl Azərbaycana tez-tez gəlib-gedirdiniz.

- Əlbəttə. Nə vaxtsa mütləq yenə gələcəyəm. Azərbaycanda yaxşı dostlarım var. Bir dəfə Gəncəyə toya gəlmişdim, sonra Bakını, Qəbələni gəzməyə. Yadımdadır, “Qəbələ”ni Yuri Syominin çalışdırdığı dönəm idi. Olduqca xoş xatirələrim var Azərbaycanla bağlı.

- Bəs, Azərbaycanda işləmək?

- Düzünü desəm, indiyə qədər ciddi təklif almamışam. Deyim ki, kimsə zəng edib şərtlərini irəli sürüb, xidmətimdə konkret maraqlı olub, yox. Təklif olsa, böyük məmnuniyyətlə müzakirə etmək olar. Ölkənin özünü də sevirəm, insanlarını da.

- Azərbaycan futbolu ilə maraqlanırsınız?

- Pafosu sevmirəm, olanı deyəcəyəm. Çempionatı xüsusi şəkildə izləmirəm, həm də bizim telekanallar yayımlamır. Amma “Qarabağ”ın və millilərin beynəlxalq oyunları zamanı Azərbaycanın nəticələrinə baxıram. “Qarabağ”son illər Azərbaycan futbolunda dominantlıq edir, Avropadakı rəqiblərə meydan oxuyur, Qurban Qurbanov kimi işini bilən məşqçiləri var. Onunla bir neçə dəfə danışmışam, futbola baxışı xoşuma gəlib.

- Kiminlə? Qurban Qurbanovla?

- Təbii ki.

- Münasibətiniz var, deməli.

- İndi yox, illər öncə. Toplanışlarda-filan üz-üzə gələndə danışmışıq, ötən illəri yada salmışıq. Desəm ki, bütün günü telefondayıq, yalan olar. Ümumi tanışlığımız var sadəcə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 20:00 Çək və bizə göndər!
1 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM