Azərbaycan yığmasının Millətlər Liqasında ən çox oyun keçirən futbolçuları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, millimizin turnirdəki mütləq rekordçusu Qara Qarayevdir.
Yarımmüdafiəçi Millətlər Liqasında yığmamızın bütün oyunlarında iştirak edən yeganə futbolçudur. O, həm 2018/19, həm də 2020/21 mövsümündə bütün matçlarda iştirak edib. Qarayev turnirdə 12 qarşılaşmada 1050 dəqiqə meydanda olub.
Millətlər Liqasında ən çox oyun keçirən digər iki futbolçumuz Bədavi Hüseynovla Maksim Medvedevdir. Onların hərəsi 10 dəfə şans qazanıb. Hüseynov hər turnirdə 5 matç keçirib. Medvedev isə ötən turnirdə 6, bu il 4 görüşdə meydana çıxıb.
Yığmamızda ötən turnirdə Qurban Qurbanov, bu dəfə Canni de Byazi baş məşqçi olub.