
Martın 25-də Azərbaycan millisi ilə qarşılaşacaq Belarus Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcək.
Sportinfo.az xəbər verir ki, onlar Düşənbədə Tacikistan ilə yoldaşlıq oyununa çıxıb və rəqibinə böyük hesabla qalib gəlib (5:0).
Maraqlıdır ki, qarşılaşmada hesab yalnız 64-cü dəqiqədə açılıb. Bu qələbə Belarus üçün səfər matçları arasında ən böyükhesablı qələbə kimi tarixə keçib.
İkinci hissədə meydan sahiblərinin heyətində “Kəpəz”in hücumçusu Şervoni Mabatşoyev da meydana çıxıb.
Azərbaycan – Belarus oyunu martın 25-də Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək.