
Son olaraq aşağı yaş qrupları üzrə yığmalarda çalışmış məşqçilər AFFA tərəfindən onlara verilmiş texniki vasitələri geri qaytarıb.
Bu barədə redaksiyamıza həmin mütəxəssislərdən biri məlumat verib.
Onun sözlərinə görə, federasiyadan milli komandalarda işləyənlərə bir-bir əlaqə saxlanılıb, istifadələrində olan inventar və «noutbuk»ları təhvil vermələri istənilib.
O cümlədən, U-21-in sükan arxasında dayanmış Samir Əliyevdən xidməti avtomobil geri alınıb.
Onlara bildirilib ki, yaxın vaxtlarda İcraiyyə Komitəsinin toplantısı keçiriləcək və orada yığmaların yeni baş məşqçilərinin təyinatı gerçəkləşəcək.
Diqqətə çatdırılıb ki, millilərdə islahat aparılacaq və bundan sonra fərqli simalara üstünlük veriləcək. Yəni ki. əvvəlki kadrların bir çoxu daha burada fəaliyyət göstərməyəcək.
SPORTİNFO.AZ