COP29

İspaniyadakı futbolçular Azərbaycan millisinə gələ bilmədi

17 Sentyabr 03:40 Milli komanda 712
İspaniyadakı futbolçular Azərbaycan millisinə gələ bilmədi

"İspaniyada oynayan futbolçularımız var.

Vizaları hazır olmadığı üçün budəfəki toplanışa dəvət edə bilmədik".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində keçirdikləri təlim-məşq toplanışı və yoldaşlıq matçlarını dəyərləndirib:

“Sentyabrın 3-də Bakıda yığışdıq, 8-də Türkiyəyə yola düşdük. Orada iki yoldaşlıq görüşü keçirdik. İlk oyun barədə danışmaq bir qədər çətindir. Böyük hesabla məğlub olduq. Türkiyə yığması oyun başlayan kimi aqressivlik, təzyiq göstərirdi. Uşaqlarda da inamsızlıq var idi. İkinci hissədə oyunumuzu düzəltməyə çalışdıq. Sonda 0:4 hesabı ilə uduzduq”.

Millinin baş məşqçisi ikinci oyunda komandanın toparlandığını vurğulayıb:

“İkinci oyunda da bizi təzyiq gözləyirdi, uşaqlar bunu bilirdi. Ancaq xarakter nümayiş etdirdilər, qol imkanları yaratdılar. Deyərdim ki, ikinci matçı yaxşı səviyyədə keçirdilər. Təəssüf ki, qələbə qazana bilmədik. Hər bir təlim-məşq prosesi, beynəlxalq oyunlar bizim, əsasən də yerli çempionatda oynayan uşaqlar üçün təcrübədir. Ümid edirəm ki, bu bizə faydalı olacaq”.

O, xaricdə oynayan bəzi futbolçuların viza probleminə görə milliyə dəvət olunmadığını söyləyib:

“Milli komandada hər zaman dəyişikliklər olur. Azərbaycan çempionatı başlayıb. Uşaqların oyun praktikaları yox idi. Kimsə yaxşı formada olacaqsa, performans göstərəcəksə, onlar da dəvət alacaq. İspaniyada oynayan futbolçularımız var. Vizaları hazır olmadığı üçün budəfəki toplanışa dəvət edə bilmədik. Növbəti hazırlıqlara çağıracağıq”.

Baş məşqçi qarşıdakı planlardan da danışıb:

“Oktyabrda beynəlxalq oyun və ya turnirdə iştirak etməliyik. Hələ ki, dəqiq heç nə yoxdur. Noyabrda Avropa çempionatının seçmə oyunları olacaq, sırf bunun üçün hazırlaşırıq”.

Qeyd edək ki, İ.Yadullayevin rəhbərlik etdiyi komanda Türkiyə yığması ilə iki yoldaşlıq matçı keçirib. İlk oyunda 0:4 hesabı ilə məğlub olan yığma ikinci görüşdə heç-heçə edib - 0:0.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!