COP29

Əyalətə yollanan Santuş gördükərinə ŞOK OLDU!

4 İyul 13:00 Milli komanda 4 184
Əyalətə yollanan Santuş gördükərinə ŞOK OLDU!

Bilindiyi kimi, Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş dünən Qəbələyə səfər edib.

O, eyniadlı klubun bazasında olub, yaradılan şəraiti öz gözləriylə görüb.

Portuqaliyalı mütəxəssis gördüklərindən çox razı qalıb. Belə demək olarsa, «Qəbələ»nin infrastrukturu 69 yaşlı sükançını özünə valeh eləyib.

Santuş təəccübünü gizlədə bilməyib, «Azərbaycanda bu cür gözəl bazaya malik klubla tanışlığını öncədən təsəvvürümə gətirməzdim» deyib.

Sabiq «Beşiktaş»lı onu müşayiət edən AFFA funksionerlərinə öz fikrini dilə gətirib. Millinin qarşıdakı toplanışlarından birini Qəbələdə keçirmək istədyiini vurğulayıb.

Santuş bundan öncə - iyunun ilk yarısında Bakıda müxtəlif idman obyektləri ilə tanış olub.

Bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionuna baş çəkib.

AFFA-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.

Qısa məlumatda Santuşun gördüklərindən razı qalıb-qalmaması haqda bir cümlə də keçmir.

Daha buna ehtiyac da yoxdur. Çünki AFFA-dakı dostlarımız «Beşiktaş»dan qovulmuş məşqçinin olduğu stadionlardan hansı təəssüratla ayrılması barədə bizi bilgiləndirib.

Onların bildirdiyinə görə, yığmamızın yeni çalışdırıcısı getdiyi məkanlardan heç də xoş fikirlə ayrılmayıb. Santuşu mənfi mənada ən çox təəccübləndirən millinin Mərdəkanda yerləşən bazası olub.

Burada yaradılan şərait onu qane etməyib. Üstəlik, stadionun qazonu baş məşqçini təəssüfləndirib.

«Belə yerdə baza tikməzlər. Bura dənizin lap yaxınlığında yerləşir.

Bir az isti olan kimi nəfəs almaq çətinləşir. Mən futbolçulardan bu yerdə normal məşq etmələrini istəyə bilmərəm.

Meydançanın da vəziyyəti pisdir. Onu təcili dəyişdirmək lazımdır. Ümumiyyətlə, bazada və stadionda çoxlu işlər görülməlidir» - o, rəyini bu cür əsaslandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti