COP29

Rövşən Nəcəf millinin bu məşqçilərə tapşırılmasına razılaşdı - Müvəqqəti

25 May 15:00 Milli komanda 8 118
Rövşən Nəcəf millinin bu məşqçilərə tapşırılmasına razılaşdı - Müvəqqəti

Azərbaycanın millisinin Albaniya və Qazaxıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinə hansı məşqçilərin rəhbərliyi altında çıxacağı bilinib.

Bu ilin əvvəlindən baş məşqçi səlahiyyətlərini yerinə yetirən Arif Əsədov yenə iş başında olacaq.

Ona Füzuli Məmmədov və İlham Yədullayev kömək edəcək.

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf onların fəaliyyətini davam etdirməsinə razılıq verib. Növbəti təyinat rəsmiləşənə kimi hər üç yerli mütəxəssis yığmada fəaliyyət göstərəcək.

Artıq hazırlıq proqramı da müəyyənləşib. Komanda səfər öncəsi Bakıda 5 məşqə çıxacaq.

Məşqlər mayın 30-u, 31-i, iyunun 1-i, 3-ü və 4-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. İyunun 5-də isə komanda Avstriyaya yollanacaq.

Bundan bir gün sonra baş məşqçinin oyunöncəsi mətbuat konfransı və komandanın məşqi baş tutacaq.

Millimiz iyunun 7-də Albaniya ilə matça çıxacaq. Ayın 9-10-da yenidən məşqlərə başlayacaq komanda 11-də Qazaxıstanla qarşılaşacaq.

Hər iki görüş Macarıstanda keçiriləcək. Yığma vətənə iyunun 12-də qayıdacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?