Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
İlk matçında Bakıda İsveçə 1:3 hesabı ilə məğlub olan kollektiv səfərdə Slovakiya ilə üz-üzə gələcək.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
Fernandu Santuşun baş məşqçisi olduğu millimizi bu gecə həm də böyük məbləğdə mükafat gözləyir. Futboluçularımız vətənə qələbə ilə dönərsə, hər biri 35-40 min manat pul əldə edəcək.
AFFA rəhbərliyi onlara bu civarda «ənam» ayırıb. Heç-heçə ilə geri dönərlərsə, bu məbləğin yarısı onların olacaq.
SPORTİNFO.AZ