COP29

Santuş Mahmudovla Şeydayev arasında olayla bağlı hansı addımı atdı?

8 Sentyabr 12:20 Milli komanda 7 460
Santuş Mahmudovla Şeydayev arasında olayla bağlı hansı addımı atdı?

Millinin baş məşqçisi Fernandu Santuş İsveçlə matçda (1:3) baş verən, günlərdir mediada və ictimaiyyətdə geniş müzakirə olunan hadisəyə münasibət bildirib.

Portuqaliyalı mütəxəssis Millətlər Liqasının ilk turu çərçivəsində keçirilən oyunda Emin Mahmudovla Ramil Şeydayev arasında yaşanan olaya adi yanaşıb. 6

9 yaşlı çalışdırıcı Bakıdakı matçdan sonra toplantı keçirərək, futbolçularını sakitliyə riayət etməyə səsləyib. O, hücumçuya cəza kəsməyib, amma tapşırıb ki. bundan sonra penalti zərbələrini Mahmudov yerinə yetirəcək.

Santuş adıçəkilən qarşılaşmanın geridə qaldığını, başverənlərin unudulması gərəkdiyini söyləyib.

«Beşiktaş»ın sabiq sükançısı bildirib ki, irəlidə Slovakiya ilə mücadilə var, ondan öncə komanda daxilində ab-hava sabit saxlanılmalıdır.

Bir daha xatırladaq: millimiz 45+2-ci dəqiqədə penalti vurmaq haqqı qazanır. Macarıstanlı referi Balaş Berke VAR kamerasına baxandan sonra bu qərar verir və Emin Mahmudov topu əlinə götürür.

Ramil Şeydayev bir anın içində kapitana yaxınlaşır, «yuvarlaq meşin»i ona verməsini istəyir. Eminlə dialoq bir neçə saniyə çəkir.

Dilxor halda topu Şeydayevə uzadır, ikinci isə penaltini qola çevirə bilməyərək, millimizin fasiləyə üstün yollanmaq fürsətini qaçırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…