COP29

Fernandu Santuş milliyə yeni qadağa gətirdi -  Bir otaqda iki nəfər yatmasın

12 Sentyabr 14:40 Milli komanda 2 775
Fernandu Santuş milliyə yeni qadağa gətirdi -  Bir otaqda iki nəfər yatmasın

Millinin baş məşqçisi Fernandu Santuş tətbiq etdiyi yeni qadağa ilə futbolçuları qayğılandırıb.

AFFA ilə 4 illik müqavilə bağlamış portuqaliyalı mütəxəssis oyunçuların təlim-məşq toplanışları zamanı otel otaqlarında iki-iki qalmasına icazə verməyib.

69 yaşlı çalışdırıcının tapşırığına əsasən, bundan belə komanda üzvlərinin hər biri otaqda tək yerləşəcək. O, futbolçuların gecə saatlarında otaqda bir yerə yığışıb söhbət etməsini də yasaqlayıb.

Santuşun fikrincə, belə hallar oyunlara köklənməyə mane olur, onların fikirlərini dağıdır.

Vaxtilə Portuqaliya, Yunanıstan və Polşa yığmalarını da çalışdırmış baş məşqçi xəbərdarlıq edib ki, bu yeniliklərə riayət etməyənləri elə həmin gün düşərgədən uzaqlaşdıracaq və bir daha dəvət göndərməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?