Slovakiya millisinin futbolçusu David Streleç Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan forvard millimizə vurduğu qol haqda da danışıb:
"Azərbaycana qarşı yaxşı oynadıq. Koşitsedəki atmosfer fantastik idi. Axı 26 ildir burada oynamırdıq. O
na görə də azarkeşləri sevindirmək üçün motivasiyamız yüksək idi. Şadam ki, bunu edə bildik və qalib gəldik".
Qeyd edək ki, Azərbaycan millisi qrupda ilk oyunda İsveçə 1:3 uduzub.